SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şamaxıda qalmaqallı direktor Çovdarov yolu gedir: xərac verməyənlərə ağır cəza – Audio/Video

Şamaxıda qalmaqallı direktor Çovdarov yolu gedir: xərac verməyənlərə ağır cəza – Audio/Video

Tarix:

7-09-2018, 15:37

/ 2 257 dəfə oxundu.
Şamaxıda qalmaqallı direktor Çovdarov yolu gedir: xərac verməyənlərə ağır cəza – Audio/Video

Bir müddət əvvəl texniki işçilərə şəxsi avtomobilini yuduran Şamaxının A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova bu video faktın mediada ictimailəşməsinin acığını çıxmağa başlayıb.

Reportyor.İnfo-ya bir qrup müəllim tərəfindən verilən xəbərə görə, G.Babaşova özü gedən video ilə ifşa olunmasına baxmayaraq, öz hegemonluğunu davam etdirməkdədir.

Özünü məktəbin “kraliçası” sayan direktor qanunsuz hərəkətləri ilə müəllimləri boğaza yığmaqdadır. Təhsil Nazirliyində himayəçisinin olması ilə öyünən və arxayınlaşan G.Babaşova yeni özbaşınalıqlara əl atmaqdadır.

Müəllimlərin sayta verdiyi xəbərdə deyilir ki, G.Babaşova müəllimlərin maaşını verməməklə, gecikdirməklə onları sıxışdırır, incidir, qisas almağa çalışır.

Şamaxının bütün orta məktəblərində avqustun əmək haqları verildiyi halda A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin işçiləri maaşlarını ala bilmirlər.

Direktorun onları cəzalandırmasının səbəbi həm məlum videonun yayılması və öz avtomobilini məktəbin işçilərinə yuduzdurması ilə rüsvay olmasıdırsa, digər amil onlardan tələb etdiyi aylıq xəracı ala bilməməsidir.

Artıq bu qanunsuz hərəkətlə bağlı Təhsil Nazirliyinə məlumat verilib. Son aylarda ona çatan aylıq xəracın verilməməsi G.Babaşovanı hiddətləndirib.

Ona görə də müəllimləri çörəklə imtahana çəkərək dövlətin onlara verdiyi maaşları yubadır, gecikmə ilə ödəyir. Bu qisasçılıq isə nə təhsil ocağı rəhbərinə yaraşar, nə də qanunlara uyğundur…

Görəsən, direktorun nazirlikdə hamisi kimdir və kimə belə güvənir ki, müəllimləin maaşını gecikdirir, onları dövlətdən narazı salır, Şamaxıda gərginlik yaradır?

G.Babaşovaya hansı nüfuzlu məmurlar ixtiyar verib ki, kənd məktəbini şəxsi dükanı kimi idarə eləsin, haqsızlığa yol versin, müəllimləri incitsin, istismar eləsin, orta əsr qaydaları tətbiq olunsun?

Məgər təhsil naziri Ceyhun Bayramovdan daha üstün statusda olan məmurlar nazirlikdə var? Onlar məktəb direktorlarının özbaşınalıq etməsinə, müəllimləri qul kimi işlədib maşın yudurmasına şərait yaradırlar?

Bu suallara aydınlıq gətirilməli, nazirlikdən komissiya Şamaxıya ezam olunmalı, Babaşovanın fəaliyyəti təftiş edilməlidir. Onun müəllimlərdən aylıq “haqq” alması MTN generallarının quldurluğuna bənzəyir.

Bir neçə il qabaq isə onun səs yazısı yayılmışdı və müəllimlərdən pul tələb edirdi.Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib:

“Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir.

Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.

Təhsil Nazirliyi isə məsələnin araşdırıldığını bildirmişdi. Lakin araşdırma unuduldu. Belə imicə malik və qalmaqallı direktor isə hələ də vəzifəsində saxlanır. Sanki Şamaxıda layiqli kadr yoxdur.

Bundan başqa, məktəbin adı sertifikat qalmaqalından tutmuş direktorun “qoçu dəstəsi” saxlamasına qədər hallanıb.

Reportyor.İnfo

Şərhlər

XƏBƏR LENTİ