SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Təranə Güləliyeva Jurnalistlərin fəaliyyətinə rayon daxilində qadağalar qoyur...

Təranə Güləliyeva Jurnalistlərin fəaliyyətinə rayon daxilində qadağalar qoyur...

Tarix:

2-03-2017, 20:30

/ 2 519 dəfə oxundu.
Təranə Güləliyeva Jurnalistlərin fəaliyyətinə rayon daxilində qadağalar qoyur...

Qobustan rayonun təhsilində baş verən qalmaqallı səbəbləri gizlətmək məqsədi daşımasıda redaksiyamıza verilən məlumatlardandır. Redaksiyamızın əməkdaşlarına qeyri-qanuni maniələr yaradan məmur xanım öz səlahiyyətlərindən sui-istifadə edərək öz məqsədlərini həyata keçirməyə cəhd edib. Məsələyə aydınlıq gətirmək məqsədi ilə xanım məmurla əlaqə saxlamağa çalışsaqda tutduğu əməllərin hansı məqsədlə etdiyi barədə özündən məlumat ala bilmədik.

Qobustan rayon İcra Hakimiyyəti başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Güləliyeva Təranə Ağababa qızı saytımızın Qobustan rayonuna ezam edilən əməkdaşlarının fəaliyyətlərini qadağan edib. Qobustan rayonun təhsil sahəsində baş verən qalmaqalların araşdırılması məqsədi ilə təşrif buyuran jurnalistlərə Təranə xanım qarşılamış və biabırçı şəkildə tutduğu mövqeyinə rayon rəhbərliyinin mövqeyini ortaya qoyub. O, Baku News sözünün tərcümədə Bakı Xəbər mənasını verdiyi üçün jurnalistlərin bu rayonda heç bir araşdırma apara bilməyəcəklərin vurğulayıb. Maniələrin olunduğu və icradan qeydiyata düşə bilmədiklərin vurğulayan əməkdaşlarımız Tərənə xanıma KİV qanununu kobudcasına pozmamasını xahiş etsələrdə o bütün bunlara məhəl belə qoymayıb. Təranə xanımın dediklərini nəzərə alsaq o zaman BAKI XƏBƏR mənasını daşıyan saytımızpaytaxtdan kənarda fəaliyyəti məhdudlaşdırılmalıdır. T.Güləliyevanın qərəzli yanaşma və gülünc səslənən səbəbləri bu xanımın tutduğu vəzifəsinə layiq olmadığının açıq sübutudur. T.Güləliyevanın Jurnalistlərin öz peşə fəaliyyətini icra etməsinə törətdiyi bu maniələrin tam araşdırmasını sizlər təqdim edəcəyik. Bununla yanaşı qısa müddətdə əməkdaşlarımızın peşə fəaliyyətinə maniə törədən xanımla bağlı Baş Prokrorluğada müraciətimiz mütləq olacaqdır. BİZİ izləməyi unutmayın!

Yazı ilə bağlı hər hansı iradı ola bilərsə, Təranə Güləliyevanı dinləməyə hazırıq.

BakuNews

Şərhlər

XƏBƏR LENTİ