SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Rəcəb Babaşov pul yığır... - Bu dəfə "Bakı bəhanısi ilə..."

Rəcəb Babaşov pul yığır... - Bu dəfə "Bakı bəhanısi ilə..."

Tarix:

30-08-2018, 16:33

/ 1 809 dəfə oxundu.
Rəcəb Babaşov pul yığır... - Bu dəfə "Bakı bəhanısi ilə..."

"Yuxarıların" bunca xəbərdarlıqlarına baxmayaraq, deyəsən, Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov hələ də keçmiş rəisi, sabiq vergilər naziri Fazil Məmmədovdan əxz etdiklərinə sədaqət nümayiş etdirir. Hər halda görükəni budur. DİA.AZ-a yazan narazı Qazax sakinləri iddia edirlər ki, bu həftənin əvvəlindən etibarən rayon ərazisindəki bütün obyekt sahiblərinə icra hakimiyyəti adından xəbərdarlıq daxil olub.

Sakinlərbildirir: "Sahibkarlara xəbərdarlıq olunub ki, obyektlərinin sənədlərini gətirsinlər. Amma bütün bunlar oyunbazlıqdır. Bilirik ki, paytaxt Bakıda qanunsuz tikililərə qarşı mübarizə başlayıb. Qazaxa bunu tətbiq etsən, gərək rayonun yarısını sökəsən".

Narazı sahibkarlar bildirir ki, əslində Babaşovun xəbərdarlığı sırf olaraq pulyığma bəhanəsidir: "Hansısa obyektə toxunulmayacaq. Sadəcə, əyər-əskiki olan obyektlərdən pul alınacaq. Bunu yaxşı bilirik. Çünki keçmiş vergi işçisi olan cənab Babaşov hər dəfəsində, hər fürsətdə pul qazanmağı yaxşı bilir".

Qarşı tərəfi də dinləməyə haırıq. Mövzu diqqətimizdədir...

Şərhlər

XƏBƏR LENTİ