yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Şamaxı şefi özünə yeni post axtarır... - İDDİA

Şamaxı şefi özünə yeni post axtarır... - İDDİA
30-08-2018, 11:59 314 dəfə baxılıb

Yaxın günlərdə vəzifədən alınacağı söylənilən Şamaxının icra başçısı Asif Ağayev də qollarını çırmayıb. Bu barədə rayondakı qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, Asif Ağayev yenidən təyinat ala bilməsi üçün hərəkətə keçib. Mənbənin söylədikləri:

"Təbii ki, Şamaxı rayon icra hakimiyyətinin başçısı postu əslində yuxarı dairələrlə gözəl münasibətlərin qurulması üçün gözəl bir fürsətdir, yaxşı bir ünvandır. Ona görə ki, əksər məmurların Şamaxıda ya obyektləri var, ya istirahət mərkəzləri, ya da villaları. Belə olan təqdirdə başçı da həmin nüfuzlu adamlarla münasibət qurma imkanı yaradır ki, bu gün də Asif Ağayevi kifayət qədər əlaqəli hesab etmək olar. Amma bu yetərli olacaqmı?"

Mənbə açıqlamasında iddia edir ki, Asif Ağayevin adı zaman-zaman rayona ayrılan büdcə vəsaitlərinin mənimsənilməsində, ayrı-ayrı sahibkarların, fermerlərin incidilməsində yetərincə hallandığından onunla bağlı hakimiyyətin ən üst düzəyində heç də pozitiv təəssürat mövcud deyil: "Ona görə də Asif Ağayevin yeni təyinata ümid bəsləməsi əbəsdir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ