SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Daha bir başçı yol üstündədir - 17 illik epoxa bitir

Daha bir başçı yol üstündədir - 17 illik epoxa bitir

Tarix:

29-08-2018, 16:06

/ 1 723 dəfə oxundu.
Daha bir başçı yol üstündədir - 17 illik epoxa bitir

Düz 17 ildir ki, Qubadlı rayonuna rəhbərlik edən və adı bir çox qalmaqallarda hallandırılan Qubadlı RİH başçısı Malik İsaqovun tutduğu vəzifəsindən azad ediləcəyi haqda informasiyalar hələ xeyli əvvəlindən yayılmışdı.

Bu gün DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, icra başçılarının gözlənilən növbəti ələmə prosesinin ilk qurbanlarından biri də məhz Qubadlının icra başçısıdır.

Bu barədə danışan məlumatlı mənbə bildirir ki, adı hətta rəsmi dövlət qurumlarının hesabatlarında belə mənfiyə hallandırılan, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsində ciddi nöqsanlara yol verən Malik İsaqovla bağlı istənilən zaman hüquqi addım da atıla bilər. Mənbənin söylədikləri:

"Əgər Malik İsaqovun fəaliyyəti təftiş olunarsa, işğal altında olan Qubadlının rəhbəri barəsində hüquqi tədbirin görülməsi zərurəti yarana bilər. Bunu Hesablama Palatası və digər bu kimi dövlət qurumlarının hesabatlarından da aşkar şəkildə görmək mümkündür".

Mənbə əlavə edib ki, Malik İsaqovla bağlı qərar bu həftə verilə bilər. Qarşı tərəfi də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ