SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Dispanser qeydiyatında olan Anar Zeynalov sahibkarlara göz verib, işıq vermir -ŞİKAYƏT

Dispanser qeydiyatında olan Anar Zeynalov sahibkarlara göz verib, işıq vermir -ŞİKAYƏT

Tarix:

28-08-2018, 12:36

/ 2 444 dəfə oxundu.
Dispanser qeydiyatında olan Anar Zeynalov sahibkarlara göz verib, işıq vermir -ŞİKAYƏT

Beyləqanda şantajçı şəbəkənin üzvü aktiv şantajla məşğul olan 1979-cu il təvəllüdlü Anar Zeynalov isə sahibkarlara qənim kəsilib. Bu qanunsuz əməllərindən ziyan çəkən şəxslər Vergilər Nazirliyinə və DSMF-na şikayət göndərsələr də, hələki cavab almayıblar.
Bu dəfə də Anar Zeynalovun qara yaxdığı, incitdiyi, şantajına tuş gələn yerli sahibkarlardan Əliyev Məhəmməd, Mehtiyev Zakir, Əlizadə Sadiq, Ələkbərov Sərvan tərəfindən Prezident İlham Əliyevə və digər aidiyyəti qrumların rəhbərlərinə ünvanlanmış növbəti şikayət ərizəsinin bir sürətidə redaksiyamıza daxil olub.
Sonolay.info olaraq həmin şikayət ərizəsini qısa ixtisarla dərc edir:

“Biz sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq. Beyləqan rayon sakini Zeynalov Anar Ədalət oğlu sahibkarlıq fəaliyyətimizə şəxsi maraqları naminə barəmizdə müvafiq orqanlara əsassız , böhtan məzmunlu ərizələr göndərir. Onun “şikayəti” əsasında aidiyyəti orqanlar tərəfindən aparılan yoxlamara zamanı Anar Zeynalovun “şikayətində” göstərdiyi “fakt”lar əksini tapmır. “Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”
Zeynalov Anarın atası Zeynalov Ədalət Xandəmir oğlu Beyləqanda meşə ərazisinin təxminən 30 hektarında arı (arıçılıqla məşğul olduğu) saxladığını və həmin ərazidə fermer təsərrüfatı ilə məşğul olur.
“Zeynalov Anar Ədalət oğlu atasının arıçılıq fəaliyyətini əks etdirən video sujet hazırlayaraq sosial şəbəkədə “Youtube” kanalındakı çıxışında qeyd edir ki, atası 20 ildən artıqdır ki, meşə ərazisində məskunlaşıb və hər ili 1500-2000 kloqram bal istehsal edir. Və həmin balın 1 kq-nı 20 AZN-ə xarici(Yaponiyaya) dövlətlərə satır.
Araşdırılmalıdır ki, Zeynalov Ədalət Xandəmir oğlu meşə ərazisindəki sahibkarlıq fəaliyyəti ilə məşğul olması, arıçılıqdan əldə etdiyi qazanc müqabilində ETSN-nə və ya Vergi orqanlarına pul ödəyirmi?!”
Sahibkarlar Zeynalovların zəbt etdikləri meşə massivində yeni tinglər basdırılsa da, onlara məxsus mal-qaralar tingləri, körpə meşə zolağlarını, meşə altı torpaq sahələrini məhv edərək istifadəsiz hala saldıqlarından da yazırlar.
Sonolay.info olaraq qeyd etməliyik ki, belə bu məqamda H. Əliyev “bir ağac kəsən elə bil mənim qolumu kəsir” deyərək öz mövqeyini açıq şəkildə ortaya qoyması xatırlanmaya bilməz. Eyni münasibət bu gün cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Lakin…. Üzdə özlərini Heydər Əliyevçi göstərməklə, arxada Əliyevlər siyasətini baltalayan Zeynalovlar isə bunun fövqünə varmadan 30 hektar meşənin ağaclarını qıraraq məhv etmək kimi qanunsuz hərəkətlərin cavabsız qalmasını da başa düşmək zordu.
Sahibkarlar yazırlar ki, Beyləqan meşəsinin 30 hektar ərazisində qanunsuz məskunlaşan nadir ağacların kəsliməsi, yeni salınmış tinglərin məhv edilməsi və bunu üçün ayrılmış vəsaitin hansı istiqamətə xərclənməsi bugünkü günə qədər araşdırılmayıb.
Sonolay.info olaraq onu da qeyd etməliyik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti vasitəsi ilə həyata keçirir.
İnananmaq istərdik ki, ETSN-nin Meşələrin İnkişafı Deportamenti sahibkarların şikayətini nəzərə alıb, Zeynalovların zəbt edərək, arıçılıqla, heyvandarlıqla məşğul olduqları meşə ərazisində araşdırmalar aparılacaq və aşkarlanan pozuntulara görə qanuni tədbirlər görəcəklər.

Sonolay.info

Şərhlər

XƏBƏR LENTİ