SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdam sakinləri nədən narazılıq edirlər? - GİLEY

Ağdam sakinləri nədən narazılıq edirlər? - GİLEY

Tarix:

28-08-2018, 11:34

/ 2 583 dəfə oxundu.
Ağdam sakinləri nədən narazılıq edirlər? - GİLEY

«1993-cü ildə rayon mərkəzi işğal edilsə də, rayonun 40-a yaxın kənd və ya qəsəbəsi düşmən tərəfindən ələ keçirilməkdən xilas edilmişdir. Bu gün Ağdam rayon mərkəzi şəhər statusu verilmiş Quzanlıda yerləşir. Quzanlıda təkcə 27 min məcburi köçkün vardır, heç Ağcabədinin mərkəzində bəlkə də bu qədər insan yaşamır, amma Ağdamın əksər dövlət idarə və ya müəssisələri planlı şəkildə bizdən 40-50 km məsafədə yerləşən Tərtərə və digər rayonlara paylanıb…».
Bu sözlər Ağdam rayonundan bir qrup ziyalının «Təzadlar»a zəng vuraraq etdiyi müraciətindəndir. Onlar Prezident İlham Əliyevdən kömək istəyirlər:
-Hörmətli redaksiya! Xahiş edirik, müraciətimizin cənab Prezidentə çatdırılmasında bizə yardımçı olasınız. Belə ki, cənab Prezidentin sərəncamları ilə Ağdam rayonunda məcburi köçkünlər üçün 18 yeni qəsəbə salınmışdır, bu qəsəbələrdə on minlərlə sakin məskunlaşmışdır. Onlar doğru olaraq Bakıda və respublikamızın digər rayonlarında vaxtilə məskunlaşdıqları ərazilərdən Ağdam rayonunun ərazisindəki qəsəbələrə köçürülürlər. Quzanlı qəsəbəsinə şəhər statusu veriləndən sonra Quzanlı Ağdam rayon mərkəzi kimi qəbul edilib. Artıq Quzanlıda Ağdam rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi, YAP Ağdam rayon təşkilatının inzibati binası, Ağdam rəkəzi Xəstəxanası, Ağdam rayon Prokurorluğu, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi və s. rəsmi qurumlar fəaliyyət göstərir. Lakin çox maraqlıdır ki, kənarda məskunlaşmış sakinlərimiz Ağdam rayonunun inzibati ərazilərinə köçürüldükləri halda, əksinə, neçə illərdir Ağdam rayonunun əsas dövlət qurumları isə ayrılaraq digər rayonlara paylanır. Məsələn, Ağdam rayon Təhsil Şöbəsi Tərtər rayonuna verilib, Ağdam Elektrik Şəbəkəsi Ağcabədi rayonuna, Ağdam Qaz İstismar İdarəsi Tərtər rayonuna və s. paylanıb verilib. Adi bir arayış üçün Quzanlınun mərkəzindən 40-50 km məsafədə olan rayonlara gedilməlidir. İndi isə Ağdam rayon Mərkəzi Xəstəxanasının Bərdəyə, Subartezian İdarəsinin Tərtərə, Ağdamda 10 minlərlə məcburi köçkünlərin yaşadığı 18 yeni qəsəbənin Mənzil-Təsərrüfat İdarəsinin isə Tərtərə verilməsinə hazırlıq görüldüyü deyilir. Belə çıxır ki, Ağdamda yalnız YAP-ın və İcra Hakimiyyətinin inzibati binaları qalacaq, qalan dövlət idarə və müəssisələri isə başqa rayonlar arasında paylanacaq. Əgər sakinlər hansısa zəruri iş üçün digər rayonlara getməli olursa, bəlkə elə YAP-ın Ağdam rayon təşkilatını da, məsələn, Tərtərin, İcra Hakimiyyətini isə Bərdə RİH-nin balansına versinlər?! Belə davam edərsə, yerli sakinlərin yaddaşından Ağdam rayonunun fəaliyyəti və mövcudluğu silinmə təhlükəsi ilə üz-üzə qalacaq. Çox istərdik ki, biz Ağdam rayon ziyalılarının və sakinlərin müraciəti nəzərə alınsın və rayonun bəzi vacib dövlət qurumlarının başqa rayonlar arasında bölüşdürülməsinin qarşısı alınsın.

Şərhlər

XƏBƏR LENTİ