SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İnam Kərimov Beyləqandakı adamı ilə nə vaxt vidalaşacaq?

İnam Kərimov Beyləqandakı adamı ilə nə vaxt vidalaşacaq?

Tarix:

24-08-2018, 14:58

/ 1 721 dəfə oxundu.
İnam Kərimov Beyləqandakı adamı ilə nə vaxt vidalaşacaq?

Nazir İnam Kərimov Xaliq Məmmədovu vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə işdən uzaqlaşdıracaq

İnam Kərimov Kənd Təsərrüfatı Naziri təyin edildikdən sonra qurumda apardığı islahatlar davam etməkdədir. Yeni nazir ilk əvvəl nazirlik içində bəzi dəyişikliklər etdikdən sonra, nazirliyə tabe olan qurumlarda “təmziliy"ə başladı. Kənd Təsərrüfatı nazirliyində tədricən aparılan kadr islahatları İnam Kərimovun bu qurumda baş alıb gedən korrupsiya və özbaşınalıqlara qarşı amansız bir mübarizəyə başlamasından xəbər verir. Ancaq islahatların hələlik ləng getməsi nazirlik içində və tabeli qurumlardə rəhbər vəzifələrində çalışan bəzi korrupsioner məmurları rahatladıb.

Belə bir məmurlardan biridə Beyləqan rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Xaliq Məmmədovdur. Rayondan daxil olan məlumata görə Beyləqan Kənd Təsərrüfatı İdarəsinin müdiri Xaliq Məmmədov İnam Kərimovun ləng islahatlarında sui-istifadə edərək sabiq nazir Heydər əsədovun dövründəki əməlləri davam etdirməkdədir. Qeyd edək ki, Xaliq Məmmədov bu vəzifəyə 1 ildən çoxdur təyinat alıb.

Verilən məlumata görə Kənd Təsərrüfatı naziri İnam Kərimov yaxın günlərdə Xaliq Məmmədovu vəzifəsindən uzaqlaşdıracaq. Buna səbəb son aylar Beyləqan kənd təəsrrüfatı sahələrində baş verən durğunluq və bu sahəyə cavabdeh idarənin müdiri Xaliq Məmmədov səhlənkarlığıdır. Saytımıza verilən məlumata görə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə rayonda fəaliyyət göstərən “Kənd Təsərrüfatı 2017” MMC şirkətinin vasitəsi ilə sahibkarlara və müəsissələrə paylanılması nəzərdə tutulan bir çox pereparatlar, gübrələr gizli şəkildə satılır. Mənbəmiz iddia edir ki, bu məsələ nazir İnam Kərimova çatdırılandan sonra çox güman ki, Xaliq Məmmədov vəzifəsindən uzaqlaşdırılacaq. Bildirək ki, mənbəmizin “Kənd Təsərrüfatı 2017” MMC şirkətində həyata keçirilən maxinasiyalarla bağlı saytımıza verdiyi məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AzFakt.com

Şərhlər

XƏBƏR LENTİ