SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qovlar internatının direktorundan daha bir şikayət: - “Ölü canlar”, qanunsuz bufet...

Qovlar internatının direktorundan daha bir şikayət: - “Ölü canlar”, qanunsuz bufet...

Tarix:

21-08-2018, 10:33

/ 3 422 dəfə oxundu.
Qovlar internatının direktorundan daha bir şikayət: - “Ölü canlar”, qanunsuz bufet...

Tovuz rayon Qovlar qəsəbə İnteqrasiya təlimli internat tipli gimnaziyadan daha bir şikayət var.

Adıçəkilən gimnaziyada müəllim işləyən Ramidə Hüseynova Cebhe.info-ya direktor Eldar Hümbətovun qanunazidd fəaliyyət göstərdiyini iddia edib. Bildirib ki, dəfələrlə bu barədə müraciətindən sonra şikayətləri əsasında Təhsil Nazirliyi məktəbə nümayəndə heyəti göndərib: “Şikayətim əsasındaTəhsil Nazirliyindən gələn nümayəndələrə sübut və dəlilləri təqdim etdim. Yoxlama zamanı sübut və dəlilər öz təsdiqini tapdı”. Buna baxmayaraq, Ramidə Hüseynova nazirlik nümayəndələrinin Eldar Hümbətovu cəzalandırmadığını deyir: “Təhsil Nazirliyinin nümayəndələri Eldar Hümbətova direktor işləməsi üçün razılıq verdilər. Görəsən, direktoru cəzalandırmaq əvəzinə niyə yerində qalıb işləməsinə icazə verirlər? Məgər Qovlar şəhərində yerleşen internat məktəbini düzgün idarə edən şəxs tapılmadımı?”

Direktora qarşı irəli sürülən ittihamlara gəldikdə isə, qeyd edək ki, bu məsələ əvvəllər də gündəmə gəlib. Müəllim direktoru əsasən “ölü canlar”la işləməkdə ittiham edir. O, Rusiyada yaşayan Cəlil Cəlilova fiziki tərbiyə, ailə quraraq Abşeronun Masazır qəsəbəsinə köçən Umu Allahverdiyevaya tərbiyəçi müəllim, Bakı şəhəri Hövsan qəsəbəsinə köçən Samirə Vəliyevaya laborant olaraq əmək haqqı yazıldığını və pulların məktəb direktoru tərəfindən mənimsənildiyini iddia edib.

Onu da əlavə edək ki, şikayətçi adıçəkilən şəxslərin məhz onun şikayəti əsasında işdən azad edildiklərini bildirir.

Bundan başqa Ramidə Hüseynova direktorun məktəbdə qeyri-qanuni bufet açdığını, oğlu Rauf Hümbətova saxta diplom alaraq , məktəbdə Azərbaycan-dili və ədəbiyyat müəllimi təyin etdiyini iddia edir. Onu da qeyd edir ki, təqdim etdiyi sübutlar əsasında Rauf Hümbətov işdən kənarlaşdırılıb, bufet isə bağlanıb.

Qeyd edək ki, müəllimin ittihamlarıyla bağlı Təhsil Nazirliyinə müraciət etdik. Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov şikayətin yazılı formada nazirliyin rəsmi elektron ünvanına göndərilməsini tövsiyə edərək, araşdırılacağını bildirdi. Lakin müaricətdən keçən bir neçə gün ərzində nazirlikdən cavab verilmədi.

Şikayətlə bağlı Tovuz rayon İcra Hakimiyyətinə də müraciət etdik. Buradan da rayon təhsil şöbəsində müraciət etməyimiz tövsiyə olundu. Lakin təhsil şöbəsində də zənglərimizə cavab verilmədi.

Qarşı tərəfi dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ