XalqXəbər.Az

Cəlilabadda bir məmur belə narazılıq yaradır - FOTOFAKT

yüklənir...
Cəlilabadda bir məmur belə narazılıq yaradır - FOTOFAKT
14-08-2018, 09:52
yüklənir...

Bir şəhid ailəsinin şikayət məktubunu oldugu kimi oxucuların nəzərinə catdırırıq:

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik Asəf Əhmədov Şəhid ailələrinin əsəbləri ilə oynayır. Bundan öncə Hərbi Komisarlıqda şəhidlərin adına ucaldılan lövhədə Cəlilabad rayon şəhidlərinin şəkilləri əks olunurdusa, Asəf Əhmədov komisarlığa təyin ediləndən sonra Şəhidlərə məxsus olan vətənpərvərlik lövhəsi yığışdırılaraq, şəhidlər arasında ayrıseçkiliyə yol verilib.

Rayon üzrə cəmi beş şəhidin şəkli lövhədə əks olunub ki, bu da şəhid ailələri tərəfindən birmənalı qarşılanmayıb. Hərbi komisarlığa gələn şəhid valideyinləri isə bu mənzərəni görəndə təbii ki, baş verənlərə hansısa izah tapa bilməyib, mənəvi zərbə almış olublar".

Qeyd edək ki, müraciət müəllifi olan şəhid ailəsi daha sonra yazır: "Mən bir Şəhid qardaşı Hüseynov Murad Əli oğlu olarq Asəf İsmayılovun bu əməlini qətiyyətlə pisləyirəm. Asəf İsmayılova sual edirəm: Siz deyə bilərsinizmi, sizin rayon üzrə seçim edib lövhəyə şəkillərini asdığınız şəhidlərlə o biri şəhid oğullarmızın fərqi varmı? Bu hərəkət birbaşa şəhid ruhunun təhqir olunmasıdır. Hesab edirəm ki, biz şəhid ailələrinin aidiyyatı qurumlara ünvanlyacağımız müraciətimiz yəqin ki, bu hərəkətə yol verən şəxslər üçün çox ağır başa gələcək."

\\Qaynarxett\
Cəlilabadda bir məmur belə narazılıq yaradır - FOTOFAKT

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.