SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lənkəran merosu GƏNCƏLƏŞİR – Yeni mero rəhbəri barədə ilginc iddialar

Lənkəran merosu GƏNCƏLƏŞİR – Yeni mero rəhbəri barədə ilginc iddialar

Tarix:

28-02-2017, 20:30

/ 3 250 dəfə oxundu.
Lənkəran merosu GƏNCƏLƏŞİR – Yeni mero rəhbəri barədə ilginc iddialar

Region sakinlərinə yeni qənim kəsilən Lənkəran rayon MERO rəhbəri Tariyel Məmmədov yeni qayda yeni hökümlər icra etdirməkdədir. Gedənə rəhmət oxutmaq görünür hər yeni gələnin vaz keçilməz prinsiplərinə birinə çevrilib. Belə ki, redaksiyamıza verilən məlumatlar üzərinə araşdırma apardıq.

Tariyel Məmmədov əslində kimdir..?

Onun ad-soyadını axtarış verməklə haqqında müsbət bir informasiya ilə qarşılaşmaq olmur. Belə bir kadrın Gəncə kimi şəhərdə MERO rəisi vəzifəsində qalması heç də DİN sisteminə divident qazandırmayıb. Göygöl, Samux, Daşkəsən, Naftalan rayonları da daxil olmaqla 5 regiondan imtahana gələn və kəsilən vətəndaşlar MERO rəisi və ətrafındakı adamlarla danışıqlar aparmağa başlayır. Əvvəlki işlədiyi MERO-da “prava” 1200-1500 manat qiymətində idi. Hətta yaxın çevrəsinə qeyri-rəsmi şəkildə bəyan edib ki, bu pulların 25-30 faizi ona çatır, yerdə qalan hissəsi nazirlikdə bölüşdürülür. Əlbəttə ki, bu ittiham çox ağırdır. Cənab R.Usubov və R.Zeynalovun adını hallandırmaqla DİN sisteminin nüfuzu Gəncəbasarda yerdən yerə vurulub. Növbəti DİN-nin adının ləkələnməsi deyəsən Lənkərandan baş verməkdədir. T,Məmmədovun Gəncə MEROsunda işlədiyi dövdə milyonları mənimsəyərək OLİQARXLAR sırasına keçid edə bilib. Mətbuatda yazılan məlumatlara istinadən qeyd edək ki, T.Məmmədov 750 min dollara bu vəzifəyə təyin olunduğunu yaxın çevrəsində açıqlayıb. T.Məmmədov yaxın ətrafında danışır ki, imtahandan kəsilən olmasa onların rüblük “haqqı”nı nazirliyə öz cibindən çatdırmalı imiş. Ona görə də MERO rəisinin təlimatı əsasında imtahana gələnlər ən azı praktikada kəsilir və pul verməyə təhrik olunur. T.Məmmədov barəsində iddialar yeni deyil. İnternetdə bu ad-soyadı yazmaqla barəsində çoxsaylı ittihamlara və neqativ məlumatlara, rüşvət iddialarına rast gəlmək olar.

T.Məmmədov Gəncə MEROsunda işlədiyi dövrdə nələri əldə edib...

Bütün media vasitəsi ilə cəmiyyətə məlum olan bəzi şəxsi məlumatlar var ki, qarşı tərəf olaraq buna münasibət buildirmədiklərindən həqiqət saymaq olar. Ataların “Od olmayan yerdən tüstü çıxmaz” misalı lap yerinə düşərki el arasında da susmağı razılama əlaməti olaraq qəbul edildiyidə hamıya məlumdur. T.Məmmədovun varidatı olduğu iddia edilən və mediada geniş vüsət alan yazılardan sizlərə təqdim edirik.

- Beləliklə: 150.000 dollar qiymətində olan Mercedess CL markalı CİP, oğlunun idarə etdiyi 100.000 dollar qiymətində olan Lexsus CS 350 markalı avtomobil, “Torqovı” küçəsində yerləşən “ADİDAS ” dükanının üstündə mənzil, İSR-PLAZA ilə üzbəüz yerləşən binada 1.250.000 manatlıq mənzil, Fəvvarələr meydanında yerləşən 2.000.000 manat qiymətində olan “Ciko” adlanan geyim mağazası, “Axundov bağı”nın ətrafında yerləşən binada 600.000 manatlıq mənzil, “İçərişəhər” metrosunun yaxınlığında yerləşən binada 1.000.000 manatlıq mənzil, Bayılda 20.000 000 manat qiymətində olan Hotel (Panorama), arxasında 5.000.000 manat qiymətində olan villa…

Təbii ki dəhşətə gəlməmək və heyrətlənməmək olmur. Gəncədən Bakının ən prestijli ünvanına qədər əli uzanan 9 saylı MERO rəisinin istisna deyil ki, ölkə hüdudlarından kənarda da əmlakı var. Nəzər alsaq ki, Türkiyə, Çexiya, Yunanıstan və Balkan ölkələrində daşınmaz əmlak ölkəmizlə müqayisədə daha ucuzdur, yuxarıdakı məbləği xərcləyən T.Məmmədov üçün Avropanı “fəth” etmək çətin olmaz.
Bundan başqa, 20 milyon manat dəyəri olan 4 ulduzlu, klassik üslublu, şəhərin mərkəzinə yaxın yerləşən EAST LEGEND PANORAMA HOTEL 2006-cı ildə inşa edilib.Hər halda bu iddialara rəsmi şəkildə münasibət bildirilməsini gözləyirik.

LƏNKƏRAN MEROsu yeni qaydalarla idarə edilir...

Hörmətli Prezidentimiz cənab İlham Əliyevin dəfələrlə çıxışların da “Xalqın ilk xidmətçisi mənəm. Əgər mən Xalqıma xidmət edirəmsə mənim təyin etdiyim məmurlarda vəzifə səlahiyyətlərini aşmadan etiq qaydalara riayət edərək xalqa xidmət etməkdə borcludur.” Ölkə rəhbərinin çıxışlarını qulaqardına verən, MERO rəhbəri Lənkəranda imperiya qurmaq iddiasına düşüb. Vətəndaşların redaksiyamıza verdikləri məlumata görə, Cənub bölgəsinin MERO rəhbəri vətəndaşları qəbul etmir və hətta alçaldıcı sözlərlə yeni qurduğu sistemi tətbiq etməyə çalışır.

Lənkəran MEROsu GƏNCƏləşir...

Lənkərana təyin edilən T. Məmmədov Gəncədə qurduğu rüşvət karuselini özü ilə birgə gətirib. Rayonda yeni abu hava yaradaraq gedənə rəhmət oxutdurmaqdadır. Belə ki, Gəncə rayonunda MERO rəhbəri olarkən rüşvət kassiri olan, onun diqqtələrini həyata keçirən bütün işçilərinidə gəncə şəhərinə təhkim edib. Nazirliyin etdiyi təyinatın məqsədi Korrupsiya rüşvətxorluğun qarşısını almaq olsada T.Məmmədov nazirlikdən artıq düşünərək məqsədləri alt-üst edir. Vətəndaş bildirib ki, Tariyel Məmmədovun qəbuluna düşmək istəsədə buna nail ola bilmir. İş otaqının qarşısında görüş günləri təyin edilsədə bütün bunlar formalıqdan başqa bir şey deyildir. Kim T.Məmmədovu görmək istəyirsə, özü ilə Gəncədən gətirdiyi kadrına yaxınlaşması üçün göstəriş verilir. Bütün burda baş verənləri və xalqın narazılığını diqqət mərkəzində saxlayacağıq... Bizi izləməyi unutmayın...

Araşdırmamız davam edir..


BakuNews.Az

Şərhlər

XƏBƏR LENTİ