SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə 10 saylı orta məktəbdə əlbəyaxa dava

Gəncədə 10 saylı orta məktəbdə əlbəyaxa dava

Tarix:

10-07-2018, 10:26

/ 7 026 dəfə oxundu.
Gəncədə 10 saylı orta məktəbdə əlbəyaxa dava

Təəssüf ki, uğurlarından daha çox baş verən biabırçı hadisələrlə gündəmdən düşməyən təhsil sistemi haqqında hər gün yeni məlumatlar yayılır. Son vaxtlar daha çox təcrübə labarotoriyasını xatırladan ölkə təhsilində baş verənlərə baxdıqda idarəetmənin hansı səviyyədə olduğunu təsəvvür eləmək elə də çətin olmur.
Gəncə şəhərindəki 10 saylı orta məktəbin direktoru Arzu Əliyevanın idarəetmə üslubunun isə analoqu yoxdur.Belə ki, o, məktəbin hər bir yerinə kamera qoydurub, məktəbə həftələrlə gəlmir ( işə gələndə də ədəbsiz danışıqları və kobud ifadələri özündən qabaq gəlir) və məktəbi skayp vasitəsilə telefonla idarə edir.
Arzu Əliyevanın həyat yoldaşı Samux rayonu İcra Hakimiyyətində İcra başçısının təsərrüfat məsələləri üzrə müavini işləyir.Sabiq icra başçısı Vilyam Hacıyev həm Arzu Hacıyevanı,həm də onun yoldaşı Qəzənfər adlı şəxsi qudurganlıgına və biabırçı hərəkətlərinə görə işdən qovmuşdu.
Lakin Gəncə meri Elmar Vəliyevin Qəzənfər adlı şəxslə yaxın olması ucbatından Arzu Əliyeva qol-qanad açıb.Arzu Əliyeva əvvəllər müqavilə əsasında təhsil idarəsində inspektor işləsə də dövlət qullugu imtahanından keçməməsinə baxmayaraq direktor vəzifəsinə təyin olunub.
Direktor təyin olunan bir gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı.Ərinin, yəni el arasında Qəzi adı ilə məşhur olan həyat yoldaşının Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə yaxın olmasından tez-tez istifadə edərək heç kimdən qorxmadığını bildirir və deyirdi ki,gedin kimə istiyirsiz şikayət edin.
Bu adam qadın olmağına baxmayaraq dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır,ədəbsiz sözlər işlədir.Belə hərəkət heç bir pedaqoji etikaya sığmır.
Bir neçə gün bundan qabaq isə direktor Arzu Əliyeva məzuniyyətdə olmasına baxmayaraq qəfil işə gəldi və öz katibəsi Təhminə xanımla kabinetdə saçyoldu davasına çıxdı.Bu davaya səbəb 65 yaşının tamam olması ilə əlaqədar olaraq pensiyaya gedən müəllimənin əmək kitabçasının katibə tərəfindən həmin müəlliməyə təqdim olunması olub.Direktor deyib ki,əmək kitabçasını niyə veribsən?Katibə isə dedi ki,Arzu müəllimə axı Siz özünüz dediz ki,əmək kitabçasını verin.Əsl komediya bundan sonra başlayıb.Direktor katibəni küçə söyüşləri ilə təhqir etdi və ona hücum edərək saçına əl ataraq paltarlarını çırdı.
Bundan sonra məzuniyyətdə olmalarına baxmayaraq Ülviyyə və Hicran müəllimə gəldi.Bunların birincisi təşkilatçı vəzifəsində işləyir,digəri isə ibtidai sinif müəlliməsi olub direktorun pul yığanı kimi fəaliyyət göstərir.Bunlar katibədən ərizəsini yazıb işdən çıxmağını tələb etdilər.Katibə bunu etməyəcəyini dedikdə üçü də birləşərək katibəni möhkəm döydülər.Səs küy o dərəcədə güclü idi ki,yaxınlıqda olan insanlar polis çağırdılar ,polisin müdaxiləsindən sonra bu biabırçılığa son qoyuldu.
Ümumiyyətlə,Arzu Əliyeva direktor təyin edildiyi gündən məktəbdə dedi qodu yaratması və söyüşləri ilə gündəm yaradıb.
Gələcəyimiz olan gənclərin təhsil aldığı elm ocaqları çox biabırçı bir haldadır.Hər kəs də buna göz yumur.....

Hörmətlə,məktəbin bir qrup müəllimi adından
Aynur Qulaməli qızı Əhmədova

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ