SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Daşkəsən dağlarında rəzalət - FOTOFAKT

Daşkəsən dağlarında rəzalət - FOTOFAKT

Tarix:

9-07-2018, 13:21

/ 2 518 dəfə oxundu.
Daşkəsən dağlarında rəzalət - FOTOFAKT

Dünyanın cənnətində insanlar olmazın əziyyətini çəkirlər.Turizm üçün əlverişli olsa da Daşkəsəndə infrastrukturun bərbad günə qalması bölgənin istirahət baxımından əhəmiyyətini heçə endirir. Müqayisə üçün deyək ki, burada olan dağ havası, soyuq sulu bulaqlar, səfalı yaylaqlar nə Gürcüstanda , nə də Türkiyədə yoxdur. Ancaq buna baxmayaraq ötən il Daşkəsənin İcra Hakimiyyətinin Başçısı istirahətini qonşu Gürcüstanda edib. KİV-ə açıqlamasında da Gürcüstanın ucuz və sərfəli olduğundan danışmışdı.Təəssüflər olsun ki, Gürcüstanda olan məmurumuz orda olanları görməklə nələri necə eləməyi Daşkəsəndə tətbiq eləməyi düşünməyib. Turistləri Daşkəsənə gətirib rayonun iqtisadiyyatına, sakinlərinin sosial rifah halının yaxşılaşmağına xidmət edəcək bir addım belə atmayıb. Əslində Daşkəsəndə turizm üçün şərait yaratmaq nə deməkdi. Evlərini kirayə verməklə xeyli adam məşğulluq imkanı qazanır. Kənd adamları süd və ət məhsullarını satacaq müştəri əldə edir. Bacarıqlı, əl qabiliyyəti olanlar hazırladıqları suvenirləri sata bilirlər. Beləliklə bölgəyə kapital axını başlayır. Bölgə dirçəlir və güclənir.Daşkəsən xəyallarımızda belə görünsədə , ancaq ki, durum olduqca acınacaqlıdır. İyunun 24-də axşam saatlarından başlayan leysan yağışları nəticəsində Daşkəsən rayonun kəndlərinin yol, elektrik, qaz və rabitə təsərrüfatına, evlərə və şəxsi təsərrüfatlara, ərazidəki sosial obyektlərə ziyan vurulub.Daşkəsənin təbii fəlakət nəticəsində Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.Çay kənarında yerləşən bir neçə fərdi ev yararsız hala düşüb, bir çox evləri isə su basıb. Qaraqullar kəndi ərazisində avtomobil yolunun xeyli hissəsi sıradan çıxıb, bir neçə avtomobili sel aparıb.Təbii fəlakətin baş verməsindən 10 gündən artıq vaxt keçməsinə baxmayaraq fəsadlar hələ də tam aradan qaldırılmayıb . Xüsusilə də yollarda vəziyyət olduqca ağırdır. Maşınların hərəkəti üçün tam yararsızdır. Rayon sakinləri təbii fəlakətdən sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin ayağını ayağının üstünə aşırıb kreslosunda rahat mürgüləmədə olması qənaətindədirlər.

Siam.az
Daşkəsən dağlarında rəzalət - FOTOFAKT
Daşkəsən dağlarında rəzalət - FOTOFAKT
Daşkəsən dağlarında rəzalət - FOTOFAKT
Daşkəsən dağlarında rəzalət - FOTOFAKT
Daşkəsən dağlarında rəzalət - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ