SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İnam Kərimovun işçisindən narazılıq var - İTTİHAM

İnam Kərimovun işçisindən narazılıq var - İTTİHAM

Tarix:

6-07-2018, 14:01

/ 1 553 dəfə oxundu.
İnam Kərimovun işçisindən narazılıq var - İTTİHAM

Beyləqan rayonundan MilliYol.az-a daxil olan məlumata görə rayonda fəaliyyət göstərən Kənd Təsərrüfat İstehsalat Müəsissəsinin direktoru Çərkəz Şirinov vətəndaşları aldadaraq onların halal pulunu vermir.

Aldığımız məlumata görə artıq 15-ci gündür ki, Çərkəz Şirinovla baş aqronomu Mehman Həsənov pambıq alağı etmiş vətəndaşların pullarını vermirlər.

Məlumatda qeyd edilir ki, Çərkəz Şirinov vətəndaşların alaq pullarını mənimsəmiş və indi də müxtəlif bəhanələr gətirməklə vəziyyətdən çıxmaq istəyir. Rayon sakinləri qeyd edirlər ki, Çərkəz Şirinov pulun verilməməsini pambıq zavodu ilə bağlayaraq onlardan vəsait almadıqlarını iddia edir. Ancaq pambıq zavodundan verilən məlumatda bildirilir ki, alaq üçün vəsaiti Çərkəz Şirinov ilk günlərdən alıb.

Onu da qeyd edək ki, Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsi bu il 600 ha pambıq əkmişdir. Əkilən pambığın bir hissəsi yaxşı qulluq edilmədiyindən, bir hissəsi isə Çərkəz Şirinovun mal-qarasının otlaq yerinə döndüyündən inkşaf etməyərək məhv olub.

Şərhlər

XƏBƏR LENTİ