SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəkidə qaz problemi... - GİLEY

Şəkidə qaz problemi... - GİLEY

Tarix:

5-07-2018, 17:02

/ 1 509 dəfə oxundu.
Şəkidə qaz problemi... - GİLEY

Şəkinin Baqqal kəndində illərdir qaz yoxdur.

Kənd sakinləri Metbuat.az-a müraciətlərində bildirirlər ki, bu məsələ illərdir ki, problem olaraq qalır. Kənddə nəinki qaz, heç qaz xəttlərinin özü quraşdırılmayıb.
Problemlə bağlı Metbuat.az-a açıqlama verən Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, Baqqal kəndinin qazlaşması bu il nəzərdə tutulmayıb:

“Bu il üzrə ayrılmış dövlət vəsaitinə və tərtib olunmuş qazlaşma proqramına uyğun olaraq, 42 inzibati rayon üzrə 83 yaşayış məntəqəsinin qazlaşma nəzərdə tutulub. Bura Şəki rayonundan Çayqaraqoyunlu və Baş Küngüt kəndi daxil olub. Amma Baqqal kəndinin qazlaşması bu il nəzərdə tutulmayıb. Növbəti illərdə ayrılan vəsaitdən asılı olaraq sözügedən kəndin qazlaşmasından söhbət gedə bilər”.

Şərhlər

XƏBƏR LENTİ