SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Rəcəb Babaşovla bağlı İLGİNC İDDİA - Yenə pul yığır...

Rəcəb Babaşovla bağlı İLGİNC İDDİA - Yenə pul yığır...

Tarix:

4-07-2018, 18:28

/ 1 239 dəfə oxundu.
Rəcəb Babaşovla bağlı İLGİNC İDDİA - Yenə pul yığır...

Redaksiyamıza Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı ilginc iddia daxil olub. Belə ki, DİA.AZ-a verilən xəbərə görə, keçmiş Vergilər Nazirinin yaxın adamı kimi tanınan Rəcəb Babaşov hazırda Türkiyədə müalicə alan Fazil Məmmədovu ziyarət etmək üçün qardaş ölkəyə gedib.

Təbii ki, burada qeyri-adi heç nə yoxdur. Amma maraqlı orasıdır ki, Babaşov Türkiyə xərclərini də yerli idarə müdirlərinə və iş adamlarına "yükləyib". Bunu danışan Qazax rayonundan olan sahibkarlar biri Babaaşovun yaratdığı qeyri-rəsmi "Fazil Məmmədov fonduna" 3 min manat ödədiyini deyir.

Bildirək ki, digər vəzifəli şəxslər və sahibkalardan da 2-5 min manat arası pulun yığıldığı iddia olunur.

Maraqlıdır, Babaşov bununla nə etmək istəyir... Hər halda Fazil Məmmədov kifayət qədər imkanlıdır və öz müalicəsini davam etdirə bilər. Bundan əlavə, keçmiş nazirin səhhəti ilə bağlı məsələlər Azərbaycan dövlətinin rəhbərliyinin nəzarəti altındadır. Yəni Babaşovun belə bir canfəşanlığı yersizdir. Bəlkə də yeri var... Kim bilir...

Qarşı tərəfin də məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdıq. Qazax RİH-dən sualımızı eşitdikdən sonra dəstəyi asdılar. Yenə də fikirlərini yaymağa hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ