SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuz “Aqrolizinq”dən daha bir şikayət – Fermer kombaynsız qalıb, taxıllar məhv olur

Tovuz “Aqrolizinq”dən daha bir şikayət – Fermer kombaynsız qalıb, taxıllar məhv olur

Tarix:

2-07-2018, 11:38

/ 1 783 dəfə oxundu.
Tovuz “Aqrolizinq”dən daha bir şikayət – Fermer kombaynsız qalıb, taxıllar məhv olur

Ölkə mətbuatında “Aqrolizinq” ASC ilə bağlı şikayət xarakterli yazılara tez-tez rast gəlmək olur. “Aqrolizinq” ASC-nin rayon filiallarında dövlət tərəfindən fermerlərə verilən azot gübrəsinin dəyərindən qat-qat baha qiymətə satılması barədə yüzlərlə şikayət var. Bu sarıdan ən çox şikayət olunan rayonlardan biri isə Tovuz rayonudur.

Bu yaxınlarda Tovuz “Aqrolizinq” və onun rəhbəri Vidadi Əkbərov barədə yazı dərc edib. Tovuz sakinləri tərəfindən göndərilən şikayət əsasında 365info saytının yazdığı yazıda bildirilir ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun(Hal-hazırda icra başçısı vəzifəsindən azad edilib. Amma yazı dərc olunanda hələ vəzifəsindən kənarlaşdırılmamışdır.-red) Vidadi Əkbərovla “qaranlıq işləri” mövcuddur. Və bu arxayınçılıq Vidadi Əkbərova hər il dövlət tərəfindən ayrılan subsidiyaları cəzasız mənimsəməsinə imkan yaradıb.

Yazıda Tovuz “Aqrolizinq”də baş verən korrupsiyanın mexanizimi göstərilir. Bu mexanizmə görə keçmiş icra başçısı Tofiq Zeynalovun göstərişi ilə kənd Bələdiyyələri Vidadi Əkbərova saxta arayış təqdim ediblər ki, guya hansısa kəndlərdə filan əkinçilərin hektarlarla torpaq sahələri var: “Məsələn, hansısa icra nümayəndəsi fantaziyaya əsasən kiminsə adına saxta sənəd tərtib edir ki, bəs onun 50 hektar torpaq sahəsi var və kartof əkir. Və verilən həmin saxta arayışlar əsasında Vidadi Əkbərov “Aqrolizinq”dən dövlət tərəfindən ayrılan subsidiya əsasında yerli əkinçilərə 70 faiz güzəştli qiymətlərlə satılması nəzərdə tutulan mineral gübrələri götürərək yerli alverçilərə dövlət qiymətindən baha qiymətə sataraq ikitərəfli xeyir götürüb.

Bu maxinasiyalardan bixəbər sadə rayon əkinçiləri Tovuz “Aqrolizinq”ə gübrə almağa gələndə isə Vidadi Əkbərov onlara bildirib ki, “gübrə başqa əkinçilərə paylanıb və artıq sizə veriləsi gübrə qalmayıb”. Kvartalın sonunda isə kənd bələdiyyələri tərəfindən V.Əkbərova verilən arayışlar Kənd Təsərrüfatı Nazirliyinin Tovuz rayon Kənd Təsərrüfatı İdarəsində yaradılan Dövlət komissiyası təsdiq edir. Dövlət komissiyasına icra başçısı T.Zeynalov rəhbərlik edib. Komissiyanın üzvləri isə 8 nəfərdən ibarət olur. Bu komissiyaya, rayonun bələdiyyə sədrləri, icra nümayəndələri, rayonun Torpaq söbəsinin müdiri, rayonun kənd təsərrüfatı idarəsinin rəisi daxildir. V.Əkbərov Tovuz “Aqrolizinq”ın mühasibi Eldar adlı şəxsi işdən çıxardaraq mühasib vəzifəsini öz oğluna həvalə edib. Hansı ki, mühasibliyə başlar-başlamaz “888” dövlət nömrə nişanı olan, 70 min manat qiymətinə “Hyundai” markalı avtomobil əldə edib”.(365info.org)

Bu günlərdə isə “Legion”a Tovuz “Aqrolizinq”dən daha bir şikayət daxil olub. “Legion”a şikayət edən sahibkar Aslanov Aslan İsfəndiyar oğlu bildirir ki, onun 90 hektar taxıl sahəsi var, ancaq taxılını biçdirmək üçün kombayn tapa bilmir: “Kombayn üçün Tovuz “Aqrolizinq”ə dəfələrlə müraciət etsəm də hər gün “bu gün , sabah” deyə aldadırlar. Buna görə də taxılımı biçə bilmirəm və taxıl sahəm məhv olmaq üzrədir, ”.

Biz redaksiya məsələ ilə bağlı Kənt Təsərrüfatı Nazirliyinin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxladıq, ancaq nə mətbuat xidmətinin rəhbərini, nə də qurumun hər hansı bir işçini yerində tapa bilmədik.

Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov keçən ayın əvvəlində vəzifəsindən azad edilib və onun yerinə Seymur Mövlayev təyin olunub. Ancaq kadr dəyişikliyinə baxmayaraq görünür “Aqrolizinq”də keçmişdən qalan problemlər hələ də həll olunmamış qalmaqdadır…

LEGİON

Şərhlər

XƏBƏR LENTİ