SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazirin Salyan təhsilinə başdaşı qoyan kadrının ilginc əməlləri – İddialar

Nazirin Salyan təhsilinə başdaşı qoyan kadrının ilginc əməlləri – İddialar

Tarix:

2-07-2018, 09:03

/ 1 939 dəfə oxundu.
Nazirin Salyan təhsilinə başdaşı qoyan kadrının ilginc əməlləri – İddialar

Salyanın təhsilindəki problemlərin memarı kimi Xudaverdi Əliyusif oğlu Piriyevin adı çəkilir

Salyanlı sosial şəbəkə istifadəçiləri ondan narazılıq edirlər.

Onların sözlərinə görə, X.Piriyev Salyan Rayon Təhsil Şöbəsi müdiri olduqdan bəri tədrisin keyfiyyəti aşağı düşüb, digər rayonlardan geri qalırlar.

X.Piriyev 2008-ci ildən Salyan RTŞ müdir müavini vəzifəsinə çəkilib. 2015-də müdir əvəzi vəzifəsinə təyin edilib.

2016-cı ildə isə Salyanın icra başçısının əmri Təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Bu müddət ərzində X.Piriyevin fəaliyyəti icra başçılarını razı salmaq olub.

Ona görə də Tahir Kərimovdan sonra da təhsil şöbəsi müdiri postunda saxlanıb. Onun Təhsil Nazirliyindəki havadarı da vəzifəsində qalmasına kömək edir.

Hərçənd ki, Salyan təhsilinin tənəzzül etməsi istefaya göndərilməsini labüd edirdi. Eni nazir Ceyhun Bayramov isə digər RTŞ müdirləri kimi, X.Piriyevə də toxunmur.

Bunun ucbatından Salyanın əsasən kənd məktəblərində özbaşınalıq hökm sürür. Məsələn, rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbində dərəbəylikdir.

Bu haqda cumhuriyyet.az yazmışdı ki, məktəb iclaslarında mütəmadi olaraq müəllimlərdən yerli yersiz pul tələb etməsi faktı da ortaya çıxmışdı.

Salyan rayonu, Qarabala Mayılov adına Kürsəngi kənd orta məktəbinin direktorunun da qanunsuzluqları haqda mətbuatda məlumatlar yer almışdı.

Bundan əvvəlki RTŞ müdiri də Salyan təhsilini bərbad günə salmışdı. Piriyev də estafeti davam etdirir.

Ali məktəbə qəbul olanların sayı azalır, müəllimlərdən, şagirdlərdən əsassız yığım ilboyu gedir.

Keçmiş RTŞ müdiri Əbülfəz Bədəlovun yarıtmaz fəaliyyəti nəticəsində rayon təhsili bərbad durumda düşdü. İndi Salyan təhsili elə günə düşüb ki, onun düzəlməsi üçün uzun bir zaman lazımdır.

Rayon təhsilini uçuruma sürükləyən şöbə müdirlərinin özbaşınalığı, qanunsuz əməlləri rayon sakinlərini cana yığıb.

Artıq vəziyyət elə yerə çatıb ki, şagirdlər orta məktəbə getməyin mənasız olduğunu düşünürlər.

Qızlar 9-cu sinifdən sonra məktəbə getmirlər. Oğlanların da əksəriyyəti orta məktəbə oxumağa yox, gün keçirməyə gedir. Ona görə də Salyan təhsilinin keyfiyyətindən əsər-əlamət qalmayıb. Demək olar ki, rayonda xeyli saxta diplomlu müəllimlər var.

Həmin müəllimlər də işlərini itirməmək üçün tələb olunanı vermək məcburiyyətində qalırlar. Rayon təhsili saxta diplomlu müəlimlərin əlində əsir-yesir qalıb.

Saxta diplomlu müəllimin hansısa savada malik olması hamıya bəllidir. Belə olan halda həmin müəllimlər şagirdlərə nəyi öyrədə bilər?

Ona görə də saxta diplomla pul qazanmağı düşünmək doğru deyil. Belə insanlar yalnız öz mənafelərini düşünürlər.

FİA.Az

Şərhlər

XƏBƏR LENTİ