SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhəd Abıyev pulu selnən qazanır: icra başçının təbii maxinasiyaları – Detallar...

Əhəd Abıyev pulu selnən qazanır: icra başçının təbii maxinasiyaları – Detallar...

Tarix:

27-06-2018, 10:03

/ 1 732 dəfə oxundu.
Əhəd Abıyev pulu selnən qazanır: icra başçının təbii maxinasiyaları – Detallar...

Daşkəsənə sel-daşqın gələndə rayonun icra başçısı Əhəd Abıyev az qala toy-bayram edir

Hər təbii fəlakət olanda Abıyev mikrofon qarşısına çıxır.

Çünki hər sel gələndə özü ilə sel kimi pul gətirir. Ona görə də Ə.Abıyev fədakar məmur qiyafəsində güclü yağışlar kəsəndən sonra camaat qabağına çıxıb şəkil çəkdirir.

İyunun 24-də də belə edib. Gecə yarı şiddətli yağışlar nəticəsində Daşkəsən rayonu ərazisində sel fəlakəti olub. Bir neçə kənddə yollar dağılıb, körpülər uçub, fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Rayon icra hakimiyyəti başçısı musavat.com-a bildirib ki, gecə hadisə yerində olub, yerli sakinlərlə görüşüb.

Onun özlərinə görə, artıq baş nazir Novruz Məmmədova, “Azəravtoyol” Dövlət Agentliyinin sədri Saleh Məmmədova, başqa aidiyyatı qurumların rəhbərlərinə müraciətlər olunub.

Yaxın günlərdə uçulub dağılan yol infrastrukturu düzəldiləcək, həyat əvvəlki ritminə düşəcək. Maraqlısı budur ki, hər sel və ya dolu düşəndə icra başçısı yuxarılara üz tutur.

Sanki rayonun büdcəsində mal-qaranın pulunu verməyə, uçmuş körpünü, yolları düzəltməyə bir qəpik də vəsait yoxdur. Əslində, belə iddialar var ki, Ə.Abıyev sel-sel oynamaqla məşğuldur.

Prezident tərəfindən rayon icra hakimiyyətlərinə vəsait ayrılır, o cümlədən daxili resurslar hesabına işlər görülməsi imkanı var.

Hər bir rayonda yol idarələri fəaliyyət göstərir və onlar təbii fəlakət nəticəsində dəymiş zərəri ödəmək imkanına malikdirlər.

Amma Ə.Abıyev “Azərbaycan Avtomobil Yolları”agentliyindən ayrıca, Nazirlər Kabinetindən ayrıca, Fövqəladə Hallar Nazirliyindən bir ayrı pul qoparmaq üçün müxtəlif yollara baş vurur.
Odur ki, Daşkəsənə yağış düşən kimi Ə.Abıyev əyninə qalın paltosunu geyinir, əlində fanar tutur, 3-4 vəzir-vəkili ilə ərazilərə gedərək şəkil çəkdirir, mətbuata çıxır.
Məqsədi isə rayona yağış dəyər-dəyməz maliyyə ayrılmasına nail olmaqdır. Sonrası aydındır...

Əhəd Abıyev martın 27-də video çıxışında FHN rəhbəri Kamaləddin Heydərova səslənmişdi. İcra başçısı nazirdən nümayəndə göndərməyi xahiş etmişdi.

Halbuki, fəsadların aradan qaldırılması və 80 binanın dam örtüyünün təmiri Daşkəsən RİH tərəfindən mümkündür.

Sadəcə, Ə.Abıyev məsuliyyəti FHN-nin üzərinə atır. Bu yolla onun büdcədən daha böyük vəsait mənimsəmək imkanı yaranır.

Ümumiyyətlə, Daşkəsənin icra başçısı hər təbii fəlakətdən, qasırğa, dolu zamanıdəyən zərərdən istifadə etməyə çalışıb.

Nə vaxt ki, rayonda 5-6 binanın damına zərər dəyir, 10-15 ev ziyan çəkir, Ə.Abıyev dərhal başının dəstəsi ilə əraziyə gedərək şəkil çəkdirir, dövlət orqanlarına müraciət edir. Bəs, büdcədən ona ayrılan pulların hara sərf olunduğu sual edilmir.

İcra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat “siliblər”.

Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını “yuyurlar”.

Bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib.

Bildirilir ki, 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun «Vüsel» şirkətinə verilib. Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib.

Məlumata əsasən ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə «Vüsel» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb.

Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib.

Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib.

RİH-nin mövqeyini dərc edə bilərik.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ