SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əbülfəs Qarayevin Qubada reputasiyasını ləkələyən şöbə müdiri-Fuad Orucov

Əbülfəs Qarayevin Qubada reputasiyasını ləkələyən şöbə müdiri-Fuad Orucov

Tarix:

28-02-2017, 09:25

/ 2 817 dəfə oxundu.
Əbülfəs Qarayevin Qubada reputasiyasını ləkələyən şöbə müdiri-Fuad Orucov

Respublikanın ən qədim mədəniyyət və turizm ocaqlarından biri də Quba rayonudur. Adıçəkilən rayon öz mədəniyyət ocaqları, yaşıllıqları və təmiz havası ilə həmişə fərqlənib. Quba həm də turistlərin ən çox olduğu rayondur. Hətta yay fəslində orada istirahət üçün yer tapmaq müşkülə çevrilir. Lakin son zamanlar bu rayon haqqında da mediada tez-tez neqativ informasiyalar yer alır.
Araşdırma qrupu olaraq, Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələri ilə bağlı araşdırma apardıq. Ən çox şikayət olunan və media üzərində qanunzuluğa yol verdiyi üçün böyük səs-küyə səbəb olan şöbələrdən biri Quba Rayon Mədəniyyət və Turizm Şöbəsi və şöbənin müdiri Fuad Orucovdur.
Araşdırma qrupu media üzərindən verdiyi məlumata görə, Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fuad Orucovun qanunsuz əməlləri və yanlış idarəetmə sistemi rayon sakinlərinin narazılığına səbəb olub. Mediada dərc olunan şikayət məktublarında, Fuad Orucov Qubada mədəniyyət və turizm sahəsinin inkişafında fəaliyyətsizliyi, rayon mədəniyyətini tənəzzülə doğru apardığ qeyd olunur. Şikayət məktubunda bildirilir ki, Fuad Orucov rayon mədəniyyətinə və turizminə xələl gətirməklə məşğuldur.
Fuad Orucov hər ay şöbəs müdirindən müəyyən olunmuş məbləğdə “haqq” alır.
Mediada yazılan digər məlumata əsasən, Quba rayonu ərazisində fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzləri, eləcə də mədəniyyət müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Həmçinin məlumatlarda bildirilir ki, bölgədə turizmin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Fuad Orucov tərəfindən mənimsənilir. Yeni aldığımız məlumatlarda isə F.Orucovun yarıtmaz fəaliyyəti nəticəsində rayonun əksər mədəniyyət müəssisələrinin də ağır duruma düşdüyü vurğulanır. Bu gün Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 18 mədəniyyət evi, 68 klub, 91 kitabxana, tarixi abidə mühafizəçiləri qrupu, turizm informasiya mərkəzi, şəhər mədəniyyət və istirahət parkı, uşaq incəsənət və uşaq musiqi məktəbi fəaliyyət göstərir. Lakin mənbələr iddia eirlər ki, buna fəaliyyət demək olmaz. Şöbə müdiri həmin mədəniyyət evlərinə müəyyən maraqları naminə öz yaxın adamlarının adlarını yazdırıb onlara düşən əmək haqqlarını mənimsəyir. Sözügedən müəssisələrin fəaliyyətindən əsər-əlamət belə yoxdur.
Media üzərində araşdırmadan məlum olur ki, bu şəxsə dur deyən yoxdur. Ona görə də şöbə müdiri ürəyi nə istəyir onu da edir. Onun bu əməllərinin qarşısı nə qədər ki, alınmayacaq, o vaxta qədər də Orucov dövlətin büdcəsini talayacaq və rayon sakinlərini narahat edəcək. Hesab edirik ki, mədəniyyət və turizm naziri Cənab Əbülfəz Qarayev deyilənləri nəzərə alacaq. Və bu şəxsi layiq olduğu cəza ilə cəzalandıracaq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ