SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sabirabad rayonunda pambıqçıların zəhərlənməsi xəbərinə - AÇIQLAMA VERİLDİ

Sabirabad rayonunda pambıqçıların zəhərlənməsi xəbərinə - AÇIQLAMA VERİLDİ

Tarix:

23-06-2018, 16:51

/ 1 652 dəfə oxundu.
Sabirabad rayonunda pambıqçıların zəhərlənməsi xəbərinə - AÇIQLAMA  VERİLDİ

Bəzi informasiya vasitələrində Sabirabad rayonunda pambıqçıların zəhərlənməsi ilə əlaqədar əsası olmayan məlumatlar yayılıb. Bildiririk ki, MKT İstehsalat Komersiya MMC-nin Sabirabad filialının Muğan Gəncəli kəndinin ərazisində fermerə məxsus 40 hektarlıq pambıq sahəsində 6 iyun 2018-ci il tarixdə mənənə-tripis ziyanvericilərinə qarşı dərmanlama aparılmış, sonrakı günlərdə heç bir dərmanlama işləri keçirilməmişdir. Həmin vaxtan iki həftə müddət keçmiş, fəhlələr bir həftədir ki, göstərilən sahədə becərmə işləri ilə məşğuldurlar. 23 iyun tarixində həmin sahədə işləyən 21 nəfərdən 6-sı Sabirabad Mərkəzi rayon Xəstəxanasına müraciət edərək özlərini pis hiss etdiklərini bildirmişlər. Həkimlər tərəfindən həmin pambıqçılarda olan əlamətlər günvurma simtomlarına uyğun olduğu üçün həmin təyinat üzrə proflaktiki tədbirlər görülmüşdür.
Hazıda onların vəziyyəti normaldır, evlərinə buraxılmışlar.
Bir daha bildirirəm ki, bu məlumat tamamilə qərəzlidir və heç bir
fakta əsaslanmayan uydurmadır.

Ramin Əsədov
MKT İK MMC-nin Sabirabad filalının direktoru

Şərhlər

XƏBƏR LENTİ