yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Elmar Vəliyevlə İnam Kərimov anlaşması: baş baytar təyinatında gizlinlər

Elmar Vəliyevlə İnam Kərimov anlaşması: baş baytar təyinatında gizlinlər
20-06-2018, 10:45 247 dəfə baxılıb

Gəncədə maraqlı proseslər cərəyan etməkdədir; Şəhərin meri Elmar Vəliyev paytaxta icra başçısı getmək üçün spekulyativ gedişlər etməkdədir...

Feysbuk üzərindən əldə etdiyimiz xəbərdə bildirilir ki, Gəncənin “padşah”ı Hacıbala Abutalıbovun yerinə getmək üçün kadrlarını Bakıya yerləşdirməkdədir.

Gələn informasiyalarda iddia edilir ki, onlardan biri Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat alan Bayandur Rzayevdir.

B.Rzayev 2012-ci yanvarından Gəncə Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb. Mayın 28-də, nazir İnam Kərimovun əmri ilə baş baytar Azər Süleymanov vəzifədən azad edilib.

Onun yerinə gələn B.Rzayevin Gəncənin icra başçısına yaxınlığı ilə seçildiyi söylənir. Hətta E.Vəliyev onun baş baytar təyinatında rol oynadığı xəbər verilir.

Gəncənin baytarlıq rəisinin respublikanın baş baytar getməsi üçün E.Vəliyevlə İ.Kərimov arasında danışıqlar olduğu deyilir.

Bu münasibətlər B.Rzayevin işinə yarayıb. E.Vəliyev onu inandırıb ki, respublika baş baytarı getməsi komandanın güclənməsinə xidmət edəcək.

İcra başçısı baş baytara özünün də yaxında Bakıya təyinat alacağını söylədiyi iddiaları var. BŞİH rəhbəri olacağı haqda məlumatlar da bu sıradandır.

O da maraqlıdır ki, İ.Kərimovla E.Vəliyev arasında anlaşmalardan sonra B.Rzayevin Gəncədə ASAN Xidmət rəisi olan qardaşı da başçı müavini təyin olunub.

KTN rəhbəri ilə Gəncə merinin münasibətləri kifayət qədər yaxın imiş. Bu əlaqələr Nazirlər Kabinetində birgə təmsil olunmağa qədər gedib çıxa bilər.

E.Vəliyev BŞİH rəhbəri təyin olunacağı halda yeni komandada yer alacağı şəksizdir. Onun baş baytar vəzifəsinə öz adamını əyləşdirməsi də Bakıda güclənməyə hesablanıb.

Bakıya rəhbərlik edəcək şəxsin kim olacağına dair müxtəlif versiyalar irəli sürülməkdədir. Belə namizədlər arasında adı hallananlardan biri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovdur.

C.Qurbanov hazırda ölkə rəhbərliyinin tam etimadına malik olan azsaylı kadrlardan biridir. Dəmir yolundan əvvəl ölkənin avtonəqliyyat sisteminə rəhbərlik edib. Ölkədə həyata keçirilən ən böyük nəqliyyat layihələrində bilavasitə iştirakçı olub.

Bakı merliyinə namizəd olaraq adı hallandırılan digər məmur Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.

Bundan əvvəl Z.Fərəcov Abşeron rayonunun rəhbəri olub, rayonda böyük abadlıq işlərinin həyata keçirilməsini təmin edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı xüsusi proqramla mətbuata məlumatlar ötürür. O, Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə çoxdan iddialıdır və yaranan bu vəziyyətdən istifadə edərək, Bakıya mer gəlmək istəyir.

Elmar Vəliyev yaxın adamları vasitəsilə, özünün də yaxşı əlaqələri olduğu media qurumlarına müxtəlif adlar ötürərək, guya Bakı şəhərinə onların mer təyin olunacağı haqqında saxta “ictimai rəy” yaratmaq və özünün “yollarını təmizləmək” istəyir.

Elmar Vəliyev özünün adının yazılmasını qətiyyən istəmir. O, hamıdan yaxşı bilir ki, İlham Əliyev mətbuatda adı hallanan məmuru heç bir zaman deyilən vəzifəyə təyin etmir.

Prezidentin son təyinatlarından da məlum olur ki, İlham Əliyev hər zaman cəmiyyəti təəccübləndirməyi sevir və heç kimin gözləmədiyi namizədi vəzifəyə təyin edir.

Elmar Vəliyevin də etdiyi budur – o, mətbuatda digərlərinin adlarını hallandıraraq, özünün niyyətini gizlədir.

Fia.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ