SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabad və Laçın maliyyəsindən fakt: nazir rəisləri niyə dəyişmir?

Cəlilabad və Laçın maliyyəsindən fakt: nazir rəisləri niyə dəyişmir?

Tarix:

18-06-2018, 09:58

/ 1 819 dəfə oxundu.
Cəlilabad və Laçın maliyyəsindən fakt: nazir rəisləri niyə dəyişmir?

Azərbaycanda əksər nazirlər idarə rəislərini, şöbə müdirlərini tez-tez əvəzləyirlər. Daxili İşlər naziri, səhiyyə naziri, vergilər naziri və s. yerlərdə rəhbərləri dəyişirlər

Diqqət çəkərək yazır ki, rayon maliyyə idarəsi rəisləri oturduğu kreslolardan qopmurlar.

Xəbər lentlərində DYP rəisləri, RPŞ rəisləri, baş həkimlər, səhiyyə idarəsi rəisləri, icra başçısı müavinləri haqda məlumatlar olur. Onları yeniləri əvəzləyirlər.

Maliyyə naziri Samir Şərifov isə rayon idarə rəislərini yerlərindən tərpətmək istəmir. Sonuncu dəfə hansı maliyyə rəisinin işdən azad olunduğu xəbəri yada gəlmir.

Çünki onların icra başçıları ilə qurduğu sistemin nazirliyə sərf etdiyi deyilir. Onlardan biri də Cəlilabadın maliyyə rəisidir ki, təzə başçı Namiq Zeynalovla da dil tapıb.

Buna səbəb həm reyestr xidmətində işlədiyi dövrdə N.Zeynalovun müxtəlif qeyri-rəsmi məsələlərdən təcrübəsinin olmasıdırsa, digər səbəbin Ə.Quliyevin ustalığıdır.

O, icra hakimləri ilə necə işləmək lazım gəldiyini bilir. Onun fəaliyyəti dövründə yol verdiyi nöqsanlar, maxinasiyalar, nazirlikdən gizli maliyyə işləri, büdcə təşkilatları ilə birgə mənimsəmələr artıq vərdişə çevrilib.

Cəlilabad toylarında qarmon çalan, “helloza” mahnısının məhşur ifaçısı kimi tanınmış bu şəxs indi Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi işləyir.

Ona görə də Quliyev Əlinazim Şahsuvar oğlu qarmondan əlavə maliyyə əməliyyatlarının mahir ifaçısıdır.

Üstəlik, dövlət başçısının sərəncamına uyğun olaraq, ali təhsili olmayan şəxslər heç bir vəzifədə, o cümlədən idarə rəhbəri vəzifəsində işləyə bilməz.

Ə.Quliyev isə bir neçə icra başçısı ilə işləməyə və postunda əbədiləşməyə söz verib.

Mediaya istinadla xəbər veririk ki, S.Şərifovun kadr islahatları aparmalı olduğu yerlərdən biri də Laçının maliyyə idarəsi göstərilir.

Vüsal Həsənov rayonda hansısa görülən işin smeta dəyərini şişirdərək büdcə vəsaitini mənimsəməkdə rayonlardakı həmkarlarından geri qalmır.

Dövlət büdcəsindən Laçının ümumtəhsil məktəblərinin 2016-2017-ci tədris ili üçün zəruri və əsaslı təmir bərpa işlərinə ayrılan vəsait yoxa çıxıb. Belə ki, dövlətin pulundan bir qəpik də məktəblərin təmirinə xərclənməyib.

Saytlar yazır ki, Laçın təhsil şöbəsi müdiri Nicat Həsənov bu vəsaiti Laçın rayon maliyyə şöbəsinin rəisi olan qardaşı Vüsal Həsənovla peşəkar maxinasiyası və icra başçısının nəzarəti altında həzm-rabedən keçiriblər.

İcra Hakimiyyəti başçısı yanında Şura üzvü, rayon maliyyə rəisi Vüsal Həsənov qardaşının təhsildəki yeyintilərinə don geyindirir, ört-basdır edir.

Laçında kifayət qədər təhsilli, ziyalı, savadlı kadrlar olduğu halda Həsənov qardaşlarının iki mühüm şöbənin rəhbər vəzifələrini zəbt etməsi sual doğurur.

Buna cavablarında isə qeyri-rəsmi olaraq “Ceyhun Bayramovla qardaşı Azər Bayramov yüksək vəzifələr tuta bilir, niyə də biz yox?!” dedikləri iddia olunur.

Rayona ayrılan maliyyənin talan edilməsi, büdcə təşkilatlarına “divan tutulması”, təhsilin bərbad günə salınmasında Həsənovların rolu nə qədərdirsə, onlara havadarlıq edən A.Nəzərlinin payı da az deyil.

Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ