SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yeni nazir Göygöldəki obyektləri bağlatdırdı

Yeni nazir Göygöldəki obyektləri bağlatdırdı

Tarix:

18-06-2018, 09:55

/ 1 570 dəfə oxundu.
Yeni nazir Göygöldəki obyektləri bağlatdırdı

Göygöl Milli Parkı ərazisində yerləşən restoran və kafelərin əksəriyyəti bağlanıb. AzEuroNews.com xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev göstəriş verib.
Əldə etdiyimiz məlumatda deyilir ki, Göygöl Milli Parkı ərazisində qanunsuz fəaliyyət göstərən çayxana, qutab satılan kiçik obyektlər hamısı bağlanıb. Nazirlik əməkdaşlarının park ərazisində apardığı reyd zamanı onlarla belə obyektin qanunsuz fəaliyyət göstərməsi ilə yanaşı, ətrafı çirkləndirdiyi də müəyyən olunub. Həmin obyektlərdən bəzilərinin sahibi cərimələnib. Bəzi obyekt sahibinə isə, xəbərdarlıq edilib.
Məlumat üçün bildirək ki, Göygöl Milli Parkı 2015-ci ilin avqust ayında əhalinin üzünə açılıb. Bundan əvvəl parkın ərazisinə giriş qadağan edilmişdi.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ