SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gədəbəydə saxta təqaüdçülər ordusunun pulunu vermirlər

Gədəbəydə saxta təqaüdçülər ordusunun pulunu vermirlər

Tarix:

27-02-2017, 20:22

/ 2 037 dəfə oxundu.
Gədəbəydə saxta təqaüdçülər ordusunun pulunu vermirlər

Əsas mövzuya keçməmiş, bir neçə ay əvvəl Gədəbəy rayonunda baş vermiş bir hadisə haqda danışmaq istəyirik.

Bir qədər əvvəl “Kapital” Bankın Gədəbəy rayon filialına qəfləti yoxlama gələrək filialın xəzinədarının müştəridən 20 manat rüşvət aldığını, xəzindək pulun qalığının isə 250 manat əskik olduğunu aşkar etdi. Bu xırda nöqsana görə filialın müdiri, xəzinədarı da daxil olmaqla 3 nəfər işindən azad edildi.

Bu hadisədən sonra onsuz da elə bir nəzərəçarpan nöqsanları olmayan bu filialda rüşvət tamamilə yığışdırıldı. İndi isə keçək mətləbə. Ölkədə çox insanlar “Kapital” Bankın sədrini tanımır. Heç biz də tanımırıq. Nə vaxtsa televiziyada görmüşüksə də simasını da unutmuşuq. Amma rəhbərlik etdiyi qurumda yaratdığı şəffaflıq ən qərəzli adamda belə rəğbət hissi yaradır.

Ancaq gəlin, gecə-gündüz televiziya ekranlarında, xəbər saytlarında rəhbərlik etdiyi strukturda yaratdığı yalançı şəffaflıqdan danışan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun nazirliyinin yerli strukturunun vəziyyətinə nəzər salaq. Yuxarıda qeyd etdiyimiz kimi öz təşkilatında səmimi olaraq şəffaflıq yaratmaq istəyən rəhbər qəfləti yoxlama göndərir və nöqsan aşkar edildikdə güzəşt etmir. Necə ki, “Kapital” bank rəhbərliyi Gədəbəy filialına güzəşt etmədi. Amma cənab Müslümovun göndərdiyi yoxlama belə etmir; onun yoxlaması aşkar etdiyi nöqsanları ört-basdır edir, başdansovdu yoxlama aparır, yoxlama komissiyasının üzvləri vaxtlarını yerli şöbənin rəhbəri ilə yeyib içməkdə, eyş-işrətdə keçirir. Əldə etdiyimiz bəzi məlumatlara görə bu cür yoxlamalar əslində geniş maliyyə maxinasiyalarına yol vermiş rayon şöbələrini Hesablama Palatasının yoxlamasından qorumaq məqsədi daşıyır.

Biz bu nəticəyə nazirliyin Gədəbəy rayon şöbəsində aparılan yoxlama zamanı şahid olduğumuz biabırçılıqlardan sonra gəlmişik. Hətta yoxlama bir yana, acınacaqlısı isə odur ki, bu yoxlama başa çatdıqdan sonra yüzlərlə pensiya işinin dayandırılması və “reviziya dayandırıb” adı ilə bu işlərin sahiblərindən “reket” qaydası külli miqdarda pul yığılması ilə bağlı mətbuatda gedən yazılara Nazirlik heç bir reaksiya vermir.

Bu Nazirlik öz yerli işçilərindən soruşmur ki, heç bir rəsmi səbəb olmadan bu qədər pensiyaçının pulu niyə dayandırılıb? Əgər bu işlər saxtadırsa niyə ləğv edilib sahilərinə rəsmi məlumat verilmir, əgər qanunidirsə vətəndaşın pensiyasını dayandırmaq ixtiyarını sizə kim verib? Həm bu həm də şöbədə baş verən başqa maxinasiyaları ifşa etmək üçün nazirlik cəhd belə göstərmir. Yəni cənab Müslümovun 3 nəfər inandığı adam yoxdurmu buradakı vəziyyəti öyrənib ona çatdırsın?
Sonda isə cənab nazirə bir məsləhətimiz var. Hörmətli Səlim müəllim, vəzifə müvəqqətidir, bu yolu sizdən qabaq çox insanlar keçib sizdən sonra da çoxları keçəçək, amma bu insanların içində Füzuli Ələkbərov, Ziya Məmmədov, Eldar Mahmudov adlı nazirlər də olub ki, onlar da bir vaxtlar öz işçilərinin özbaşınalıqlarına göz yumub, necə ki, bu gün siz göz yumursunuz. Aqibətləri də gözümüz önündədi. Biz sizə onların aqibətini arzulamırıq. Hələ gec deyil.

Gunxeber.com

Şərhlər

XƏBƏR LENTİ