SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Alı Qocayev də yol üstündədir - Vaxt yetişib

Alı Qocayev də yol üstündədir - Vaxt yetişib

Tarix:

13-06-2018, 15:57

/ 6 271 dəfə oxundu.
Alı Qocayev də yol üstündədir - Vaxt yetişib

amanında Binəqədidən səs-küylə yola salınan və Samuxda özünə xudmani imperiya quran Alı Qocayevlə bağlı xəbər var. Belə ki, DİA.AZ-a daxil olan məlumatlara görə, gözlənilən kadr islahatlarının daha bir qurbanı da məhz Alı Qocayevdir.
Bununla bağlı danışan məlumatlı mənbə bildirir ki, Milli Məclisin sədri Qotay Əsədovun qudası olan Alı Qocayev məhz hörmətli spikerin sayəsində ittihamlardan qurtula bilmişdi, həm də yenidən təyinat alaraq karyerasını davam etdirməyə müvəffəq olmuşdu.
Mənbənin söylədikləri: "İndi isə vaxt yetişib. Alı Qocayevin də əvəzlənəcəyi gözlənilir. Ola bilsin ki, bundan sonra o, başqa bir vəzifəyə getsin. Amma icra başçısı olmayacaq".
Qeyd edək ki, Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsini bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968-1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992-1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirib.
1997-2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000-2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004-2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Üç övladı, yeddi nəvəsi var.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ