SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lerikdən Leyla Əliyevaya müraciət: "20 hektar meşə məhv edilir, bizi də susuz qoyurlar"

Lerikdən Leyla Əliyevaya müraciət: "20 hektar meşə məhv edilir, bizi də susuz qoyurlar"

Tarix:

12-06-2018, 14:20

/ 1 895 dəfə oxundu.
Lerikdən Leyla Əliyevaya müraciət: "20 hektar meşə məhv edilir, bizi də susuz qoyurlar"

Lerik rayonunun Şivlə, Biləvər və Geskon kəndlərinin sakinləri Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyeva ilə yanaşı, Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevaya da müraciət ünvanlayblar.
Onlar Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun deputatı İqbal Məmmədov, icra hakimiyyətində çalışan məmurlar, xüsusən də onları təhdid edən Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov, həmçinin bu kəndləri susuz qoymaq istəyən "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynovdan şikayətçidirlər.
Rayon sakinləri Leyla Əliyevaya göndərdikləri rəsmi müraciətin bir surətini də Anaxeber.az-a təqdim ediblər.
Sakinlər yazırlar:
"Hörmətli Leyla xanım, Sizin ekologiyaya verdiyiniz dəstəyə əsaslanaraq, Lerikdə yaşanan və yaşanacaq fəlakətlər barədə sizə də yazmağı məsləhət bildik. Əslində, indi əlacsızlıqdan və məcburiyyətdə dövlətin bütün qurumlarına yazırıq ki, bəlkə, bizim də problemlərimizə yanaşan oldu.
Lerikdə 20 hektardan çox yaşıllıq, meşə massivi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bunu edən isə sıradan bir məmur yox, dövlətin etimad göstərdiyi və yüksək post tutan şəxslərdir.
Ona görə də Biz, adları çəkilən başı bəlalı kəndlərin başıbəlalı əhalisi cox ağır bir vəziyyətlə üzləşmişik.
Dərdimizi cənab Prezidentə, Vitse-prezidentə yazsaq da, müraciətlərimiz onlara çatdırılmamış, Lerik icra başçısına (hansı ki bizə zülm edir) ona göndərilmiş, nəticədə ölkə başçısı halımızdan xəbərsiz qalıb.
Cənab Prezident İlham Əliyev Lerik-Noda-Xanəgah avtomobil yolunun inşası üçün 17 milyon manat vəsait ayıranda çox sevinmişdik. Bizim başı bəlalı kəndlərimizi həmin yoldan 3 kilometrlik məsafə ayırır.
Biz sakinlər də çətinliklə 3650 manat toplayıb kəındlərimizin yolunu çəkmək qərarına gəldik. Rayonumuzun icra başçısı Rövşən Bağırovdan xahiş etdik ki, bizə texnika köməkliyi etsin. O isə yolumuzu layihəyə saldırmaq adıyla həmin pulu bizdən aldı. Aylar keçdi,yol işi düzəlmədi. Biz pulu geri istəmək məcburiyyətində qaldıq. O gündən kəndlərimizin qara günləri başlandı. Rövşən Bağırov kəndin ağsaqqallarını qorxudaraq: “Mənim qara siyahıma düşmüsünüz, bundan sonra sizinlə hesab çəkəcəyəm, sizin üçün nə yol var,nə işıq,nə su”, - dedi.
O gündən kəndlərimizi içməli su ilə təmin edən "Şüpək" meşə massivindəki bulağı Şingədulan ərazisinə aparmaq üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynovla danışıqlar aparan Rövşən Bağırov rayon polisini həmin meşə massivinə tökərək iddiasını yerinə yetirməkdədir. Hətta bizə ismarıc gəlir ki, lazım gələrsə, bütün polisi üstümüzə göndərəcək. Faktiki olaraq, bizi həm susuz, həm də üsuli-zorla qırmaq istəyir Rövşən Bağırov? Öz “bayraqdarı” - rayonda bütün qanunsuz əməllərdə adı hallanan müavini Habil Məlikovu da “səriştəli sərkərdə” kimi ön sıraya göndərib...
Leyla xanım, bizi bir iş çox narahat edir. Məlum məsələdir ki, suyumuz aprılsa, 3 kənd köçüb uzaq diyarlara gedəcəyik. Çünki burada təsərrüfat saxlamaq mümkün olmayacaq, yaşayış daha da ağırlaşacaq. Bəs 20 hektardan çox meşənin, təbiətin, təzə əkilən 6 hektar qoz tinglərinin, palıd tinglərinin aqibəti necə olacaq? Ekologiya və Təbii Sərvətlər naziri bu barədə nə düşünür? Biz bu quruma da müraciət etmişik. Amma o da Lerik rayon şöbəsində tapşırıq verir. Həmin məmur Şakir Lətifov da Rövşən Bağırovun qorxusundan səsini çxara bilmir.
Hörmətli Leyla xanım, onu da nəzərinizə çatdırırıq ki,hazırda 45 evdən ibarət olan Şivlə kəndinə əhalinin sayı nəzərə alınarsa, Qəhrəman kənd statusu düşür. Çünki İkinci Dünya Müharibəsində 22 şəhidi olan bu kənd Qarabağ savaşında da böyük itkiyə məruz qalmış, 7 şəhid vermiş, biri –Ağayev Fərhad İslam oğlu -1995 –ci ilin mart ayında dövlət çevrilişinə cəhdin qarşısını kəsərkən mübarizədə şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 3 əlilimiz var.
Əziz Leyla xanım, biz inanırıq ki, Siz, Respublikamızın gənc humanist qadını bizim hüquqlarımızı müdafiə edəcək, bizi susuz qırmaq istəyən Rövşən Bağırovun hərəkətlərinə biganə qalmayacaq, sözümüzü hörmətli Prezidentimizə çatdıracaqsınız.
Hörmətlə, Lerik rayonunun Şivlə,Biləvər və Geskon kəndlərinin sakinləri:
Əliyev Ağaxan Fətəli oğlu
Əliyeva Göyçək Balakişi qızı
Ağayev İslam Ocaqəli oğlu
Ağayev Şirvan Ocaqəli oğlu
Ağayeva Zərifə Mürsəl qızı
Ağayeva Dünyaxanım Əvəz qızı
Əliyev Hüseynbaba Abdin oğlu
Rüstəmov Kamal Babiş oğlu
Rüstəmov Cəbrayıl Babiş oğlu
Həsənov Mirzəbaba Təriş oğlu
Məmmədov Salman Allahverdi oğlu
Fətullayev Alışan Pişan oğlu
Əliyev Mahir Paşa oğlu
Əliyeva Anaş Almas qızı
Ağayev Mirzəli Atamalı oğlu
Hüseynov Cəfər Əli oğlu
Hüseynov Əvsər Əli oğlu
Kərimov Babaxan Hidi oğlu
Kərimov Alim Alihəsən oğlu
Əliyev Surət Abdin oğlu
Əliyeva Gülü Mahmudəli qızı
Əliyev Gülbaba Abdin oğlu
Əliyeva Gülxanım Ocağəli qızı
Yoldaşov Allahyar Polad oğlu
Yoldaşov Əligüşad Nurməmməd oğlu
Yoldaşov Buludxan Polad oğlu
Yoldaşova Zərifə Əziz qızı
Məmmədov Vasif Güləli oğlu
Azadov İbrət Şəvəqət oğlu
Azadov Ağababa Polad oğlu
Azadova Fəridə Tağı qızı
Ağayev Qədiməli Mahmudəli oğlu
Əliyev Rafiq Ağaxan oğlu
Əliyev Mirzəli Şami oğlu
Şahmarov Emin Qaraxan oğlu
Azadov Bəfadar Söhbət oğlu
Zamanov Zəfər Böyükxan oğlu
Nağıyev Həmdulla Nəhmət oğlu
Zamanov Elman Böyükxan oğlu
İmanov Hafiz Rəzzaq oğlu
Azadov Meybulla Həbulla oğlu
Azadov Fərzulla Xeyrulla oğlu
Məmmədov Naib Əyyub oğlu
Rüstəmov Cabir Mürsəl oğlu
Ağayev Arazxan Burhan oğlu
Zamanov Zamanxan Böyükxan oğlu
Azadov Mehman Ağababa oğlu
Azadov Bəhruz İbrət oğlu
İmanov İsrafil Təhməz oğlu"

Şərhlər

XƏBƏR LENTİ