yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Göy göl rayon Xaqani kənd uşaq məktəbinin müəlliməsindən - ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT

Göy göl rayon Xaqani kənd uşaq məktəbinin müəlliməsindən - ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT
12-06-2018, 11:38 156 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevaya,
Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova,
Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəz Qarayevə

Hörmətli cənab Prezident, Mehriban xanım, Baş Prokuror və cənab nazir , mən Göy göl rayon Xaqani kənd uşaq musiqi məktəbində 2011-ci ildən bu günə qədər xor-drijor müəllimi vəzifəsində çalışıram. 2011-ci ildən bu yana bu məktəbə direktorluq edən İradə Kamal qızı Bağırovanın özbaşınalıqlarına, adı gedən məktəbdəki korrupsiya və rüşvət mexanizmini hansı tərəfə istədi fırladıb, müəllimləri təhqir edərək sonuncu qəpiyimizi alana qədər idarə etməsinə nəinki, mən , məktəbin digər müəllimləri, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi, hüquq mühafizə orqanları dözür və hələ ki, susaraq hər hansı tədbir görülmür. Məktəbdə direktorun və özünü direktorun müavini elan edən qızı Aygül Əliyevanın hər günkü dava-dalaşı adət halını alsa da məktəbi mən açmışam deyib məktəbə gələn valideynlərin , uşaqların gözü qarşısında müəllimlərə, uşaqlara olan gündəlik qovğalar, qara-qışqırıq bu məktəbin adı gün rejiminə çevrilsədə bu hal uzun zamandır davamlı olaraq qalır, bu vəziyyətəsə münasibət bildirən yoxdur. Dəfələrlə mən, digər iş yoldaşlarım hüquq mühafizə orqanlarına, polisə, prokuraturaya , Şəmkir Reqional Mədəniyyət şöbəsinə, Mədəniyyət və Turizm nazırliyinə müraciət etsəkdə bu məmurun güçü qarşısında baş verənlərə münasibət bildirən yoxdur. Bir neçə dəfə Şəmkir Reqional Mədəniyyət şöbəsinin müdiri Höcət Əsədullayevin yanına gedərək direktorun özbaşınalığından ona deyib kömək istədikdə isə gəlin bu haqda danışmayaq, sizə köməyim o olar ki, siz ya ərizə yazıb işdən çıxın, ya da sizi Gəncə məktəbinə köçürək. Belə çıxır ki, Höcət müəllim haqqını tələb edən hər bir müəllimi direktorun xətri onun tərəfindən nəyə görəsə əziz olsun deyə ya işdən azad olma və ya başqa məktəbə getmə ilə problemləri həll edəcək.

Məlumat üçün bildirim ki, bir neçə gün öncə mən aylardır ki, baş verənlərdən yorğun düşərək artıq səhhətimdə problemlər yaşadım və qeydiyyatda olduğumQarayeri qəsəbəsində həkimə müraciət etməli oldum. Direktor İradə Bağırova öz əlaqəlinə güvənib mənim işdən getməmi mənsiz indiyə qədər üzünü görmədiyimiz Həmkarlar Təşkilatının sədri Vaqif müəllimlə birgə müəllimlərə zor işlədərək məktəbə çəkiliş gətirərək həll etməyə belə planlaşdırır. Mənim xəstə olduğumu biləndən sonra planının baş tutmadığını anlayan direktor bu dəfə Səhiyyə nazirliyinə çıxaraq Samux rayon səhiyyə idarəsinin köməkliyi ilə mənə açılan xəstəlik tarixçəsini bağlatmış və baş həkim İlham həkimin son sözü bu olmuşdu ki, bu xəstəyə yardım edən həkim işdən azad olunacaq. Direktorun mənə qarşı bu çürə "sanksiyalar" təşkil eləməsinə səbəb isə hələ ötən il , yəni sentyabr ayında İradə Bağırovaya öhtəmdə iki azyaşlı körpəmin olmasını nəzərə alıb mənə məktəbin əsas işlərini görən, xor-drijoru olduğunu dərs saatı verməsini dedim. O da razı oldu. Onun razılığı isə 500 manat müqabilində 36 saat dərs oldu. Mən naəlac qalıb razılaşdım. Elə birinci ay direktor məni çağırıb mən sənə 18 saat vermişəm hər ay pulun yarısı mənimdir deyərək maaşımım tən yarıısını məndən aldı. Mən yenə razılaşdım.Bu gün mən onun qanunsuz olaraq məktəbdə elədiyi haqsızlığa dözməyərək haqq səsimi qaldırandan sonra tədris ilinin sonu olmasına baxmayaraq direktor mənim dərsimi 14 saata endirərək məni dönə-dpnə çəzalandırmaqdan usanmır. Onun bu əməllərini görən aidiyyatı qurumların əlində direktorun əməllərinə qarşı lazımi qədər dəlil sübut olduğu halda hamı susur. İlk olaraq direktorun mənə qarşı bitməyən düşmənçiliyi isə onun mənim yanımda hamilə olan iş yoldaşım Sevinc Verdiyevanın üzərinə hücum çəkərək onu təhqirlər atəşinə tutaraq işlədiyimiz məktəbdə özü ilə birgə direktor müavini olan qızı Aygül Əliyeva ilə birgə onu döymək istəmələrinə müdaxilə etməyim oldu. Daha sonra bunu görən direktor o gündən məndən düşərək dərs saatımı kəsəcəyini bildirdi və bu günə qədər də bitməyən düşmənçilik davm etməkdədir. Qəribəsi isə odur ki, mənim hamilə olan həmin iş yoldaşımım dəfələrlə hamiləlik dövründə acil duruma salan İradə Bağırovaya isə aidiyyatı qurumlar, polis, prokuratura , Şəmkir Regional Mədəniyyət şöbəsi münasibət bildirib hər hansı şəkildə irad belə bildirən olmadı. Hamilə qadına qarşı olunan zor durum azmış kimi sonda , yəni ürəyini soyudaraq cəza mexanizmini işə salaraq həmin müəllimənində dərs ilinin sonu olmasına baxmayaraq 3 saat dərsini alıb analıq məzuniyyətinə yolladı. Yenə də bu haqsızlığa deyil, artıq insanlığa sığmayan direktorun özbaşınalıqlarına hər hansı bir münasibət bildirən olmadı. Bir sözlə bu gün Göy göl rayonunda ,aidiyyatı qurumlardan məmur olan direktorun özbaşınalıqlarına qarşı çıxana qarşı "sanksiyalar" tətbiq olunaraq sonu hüququnu tələb edən işçi işdən azad olunur. Artıq belə hal baş verdiyindən , bir neçə ildə 10-dan artıq müəllimin işdən azad olunması ilə nəticələndiyindən işçi işsiz qalacağından ehtiyat edərək bu hala susaraq itaət etmək məcburiyyətində qalır.

Hörmətli cənab Prezident , Mehriban xanım, cənab Prokuror, cənab nazir, mən və digər müəllimlər bu günə qədər müraciət etmədiyimiz idarə, müəssisə, hətta hüquq mühafizə orqanları qalmasa belə İradə Bağırovanın mənim ona verdiyim 500 manatı almasını təsdiq edən səs yazısı , müəllimlərin əksəriyyətinin işə gəlməməsi müqabilində onların maaş kartlarının direktorun özünün və ailə üzvlərinin tərəfindən mənimsənilməsi, müəllimlərin üzərinə yazılan dərs saatlarının yarıya yarı direktorun cibinə axması və nəhayət hər gün adəti üzrə müəllimləri təhqir edərək "mənim məktəbim" deyərək bu məktəbi talan etməsi haqqında məlumatı olmayan qurumlar qalmasa da bu günə qədər hamı susur. Əgər DİN-in 102 xidmətindən arayış cıxarılarsa son bir neçə ayda adı gedən məktəbə polisləri haraya çağırmaların sayının çoxluğuna baxmayaraq baş verənlərə hüquq -mühafizə orqanlarının biganə yanaşması anlaşılar. Sonluqsa direktorun dediyi kimi "mənə neyniyə bilərsiniz, getdim Bakıya ,verdim pulumu gəldim". Bu o sözləri bir müddət öncə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində musiqi məktəbi ilə bağlı aparılan araşdırmanın bu gün Göy göl rayon prokurorluğuna araşdırılmadan qaytarılması elə onun sözünün həqiqət olmasına gətirir. Mən bir neçə ayda dəfələrlə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etsəmdə bu gün dövlət əmlakını talan edib müəllimlərə özbaınalıqlarını nümayiş etdirən direktorun qanunsuz əməlləri ortada olduğu halda Şəmkir Regional Mədəniyyət şöbəsi mənim işdən getməyimi, prokurorluq orqanları isə bilmirəm daha nəyi gözləyir. Bir sözlə Bu gün İradə Bağrovanın cinayət əməllərindən xəbəri olmayan olmasa da məmur özbaşınalığını çoxdan aşana qarşı gözün üstə qaşın var demək istəyən yoxdur.

Hörmətli cənab Prezident, artıq uzun zamandır ki, mən və bir neçə iş yoldaşım Göy göl rayon Xaqani kənd uşaq musiqi məktəbində baş verənlərlə bağlı, Göy göl rayon İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm nazirliyinə, dəfələrlə Şəmkir Reqional Mədəniyyət şöbəsinə, DİN-in 102 xidmətinə, Baş prokurorluq yanında "Korrupsiyaya Qarşı Mübarizə İdarəsi"nə, Göy göl rayon prokurorluğuna , hətta mediaya belə müraciət etsəkdə, bu məktəbdə baş verənlərə, məktəbin direktorunun cinayət əməllərinə hamılıqca göz yumulur, haqq səsimizə hay verənsə hələ də yoxdur. Məktəbin direktoru isə səsini çıxarıb haqqını tələb edən müəllimlərə qarşı amansızlığı "mənim arxamda kürdlər durub" deyərək ya müəllimi işdən çıxarması, dərs ilinin sonu olmasına baxmayaraq "xərcim cıxıb" deyərək kəsilən dərs saatlarının onun cibinə axması ilə kifayətlənir.

Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, Zakir müəllim, Əbülfəz müəllim, Sizlərdən artıq dərəcədə xahiş edirəm bu haqsızlığa , bitməyən məmur özbaşınalığına, rüşvətxorluğa, bizlərin gözü önündə bu məmurun hegomonluğunu nümayış etdirib qanun mənəm deməsinə yol verməyin. Haqq səsimizi eşidib bizə kömək edin.

Hörmətlə, Göy göl rayon Xaqani kənd uşaq məktəbinin müəlliməsi Tamara Dəmir qızı İsmayılova

Qarşı tərəfi də dinləməyə hazırıq...

Xalqxeber.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ