SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdədə poliklinikaya gedən peşman olur: tibb ocağından analoqsuz faktlar

Bərdədə poliklinikaya gedən peşman olur: tibb ocağından analoqsuz faktlar

Tarix:

11-06-2018, 02:38

/ 1 646 dəfə oxundu.
Bərdədə poliklinikaya gedən peşman olur: tibb ocağından analoqsuz faktlar

Bərdə səhiyyəsinin can verməkdə olan qollarından biri də şəhər poliklinikasıdır. Aygün həkimin əlindən dad edən sakinlər poliklinikaya getməyə peşman olurlar.

Sosial şəbəkələrdə yazılan şikayətlərə istinadən yazırıq ki, Bərdə poliklinikasında tibbi avadanlıqlardan istifadə pulludur.

Poliklinikanı parka çevirən Aygün xanım aparatlara pulsuz toxunmağı qadağan edib. Hətta ağalıq edərək xəstələrə bildirir ki, UZİ və digər tibbi avadanlıqları onlar almayıblar.

Ona görə də hər müayinənin qiyməti 15 manatdır. Poliklinikada pulsuz xəstələri qəbul etmirlər. Aygün həkim pulsuz xidmət eşidəndə “cin atına minir”.

Çünki pulsuz xəstə gözünün düşmənidir. Feysbukda şikayətlər də belə deməyə əsas verir. Ümumilikdə rayon səhiyyəsinin günü acınacaqlıdır.

Bərdə Rayon Mərkəzi Xəstəxanası (RMX) gestapo və Quantanamoya çevrilib. Ölkə səhiyyəsi adına rəzalət olan bu tibb müəssisəsində xəstələr girov saxlanır, başlarına olmazın müsibətlər gətirilir, tibbi işgəncələr verilir, yaxınları soğan qabığı kimi soyulur.

Bunun davamı olaraq Bərdə poliklinikasında özbaşınalıqlar hökm sürür. Aygün həkim üçün dövlət tibb ocağında pulsuz xidmət anlayışı yoxdur.

Görünür, nazirin 2008-ci ildə imzaladığı əmr onun üçün keçərli deyil. Odur ki, bərdəlilər poliklinikadakı vəziyyətdən aman deyirlər.

Səhiyyə Nazirliyinə həyəcan təbili çalan Bərdə sakinlərinin fəryadını eşidən yoxdur.

Nazir Oqtay Şirəliyev Bərdə RMX-da baş verənlərə şahid olsa və yoxlama aparılsa tibb ocağının qəssabxanaya, sallaqxanaya, morqa çevrildiyini görəcək.

Respublikanın heç bir regional xəstəxanasında Bərdədə olduğu kimi, dəhşət və acınacaqlı vəziyyət hökm sürmür.

Hətta iş o yerə çatıb ki, baş həkim Rəna Mustafayeva nazirliyin “Qaynar xətt”ində də özünə adamlar tapıb.

Nazirlikdə çalışanlar Bərdədən gələn şikayətləri ya qeydə almır, ya da yaddaşda saxlayır, təkrar zəng gələndə imtina olunur.

Əsirlikdə qalmış adamları xatırladan bərdəlilər və burada yaşayan məcburi köçkünlər R.Mustafayevanın girovluğundan qurtula bilmir.

Bərdə RMX-da özbaşınalıq, laqeydlik, rüşvət, şəraitsizlik, xəstələrdən pul qoparmayınca evə buraxmamaq, özəlliklə doğum şöbəsində biabırçılıq yaşanır. Bir müddət əvvəl doğum şöbəsindən kadrlar da təqdim etmişdik.

Şöbənin baş həkimi Tünzalə Quliyevanın rəhbərlik etdiyi doğum evində xəstələrin başına müsibət gətirilir, rüşvətxorluq, özbaşınalıq, dərəbəylik, yiyəsizlik hökm sürür.

Xatırladaq ki, Bərdə RMX-da bir neçə dəfə ana-uşaq ölümü təkrarlanıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ