SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhəd Abıyev Gədəbəyə icra başçısı getmək eşqinə düşüb - şok iddialar

Əhəd Abıyev Gədəbəyə icra başçısı getmək eşqinə düşüb - şok iddialar

Tarix:

11-06-2018, 02:34

/ 1 991 dəfə oxundu.
Əhəd Abıyev Gədəbəyə icra başçısı getmək eşqinə düşüb - şok iddialar

Daşkəsənin icra başçısı Əhəd Abıyevin Gədəbəyə rəhbər getmək eşqinə düşdüyü iddia olunur

Sosial şəbəkələrdə bu haqda məlumatlar paylaşırlar.

Ə.Abıyev Daşkəsəni Gədəbəyə dəyişmək fikrindədir. Ramiz Yediyarovun yerinə keçməyə hazırlaşan icra başçısının cəhdləri hələ ki qeyri-müəyyəndir.

Mərkəzdən Daşkəsənə müsbət cavab gəlmədiyi bildirilir. Ümumiyyətlə, Ə.Abıyev hansı rayonda icra başçısı işdən azad olunursa, dərhal hərəkətə keçir.

Çünki onun məqsədi ucqar dağ bölgəsindən uzaqlaşmaqdır. İndiki halda isə Gədəbəy şansı olduğunu hesab edir.

Ə.Abıyev Daşkəsəndə icra başçısı kimi pis işləməyib. Məsələn, nadir hallarda Daşkəsəndən hansısa şikayət məktubu mətbuata və prezidentə gedir.

Rayonda təbii fəlakət olanda dərhal həmin əraziyə baş çəkər, lazımi tapşırıqlar verər, sahibkarları, sadə insanları incitməz.

Bununla belə, son zamanlar Ə.Abıyevin Kərəm Həsənov-Elmar Vəliyev qruplaşması ilə münasibətlərinin gərginləşməsi işini çətinləşdirib.

Bu baxımdan Gədəbəyə təyinat alaraq bu bölgəni tərk etmək istədiyi iddia edilir. Göründüyü kimi, icra başçısı filiz kombinatı qovğasında da onlara bata bilmir.

Odur ki, yaxşı mənada şələ-şüləsini yığışdırıb Daşkəsəndən getməyi və Gədəbəyə yerləşməyi planlaşdırır. Ancaq bu istəyinin reallaşacağı o qədər inandırıcı görünmür.

Bundan öncə Binəqədiyə başçı gedəcəyi iddiaları təzkib olunmuşdu.

“Əhəd Abıyev bildirdi ki, mənim Bakı şəhərinin Binəqədi rayonuna İcra hakimiyyətinin başçısı təyin olunacağımla bağlı müxtəlif saytlarda və mətbuatda gedən məlumatlar həqiqətə uyğun deyil, yalandır, şayiədən ibarətdir.

Bu şayiələr Daşkəsən rayonunun yaylaq ərazilərinə kənar yerlərdən uzun müddət qeyri-qanuni yolla öz qoyun sürülərini gətirən çobanlara himayədarlıq edən şadlıq sarayları və restoran sahiblərinin şəxsi maraqlarına uyğun uydurmalarıdır.

Belə şayiələrlə onlar yaylaqlarda öz qanunazidd əməllərinə çatmaq istəyirlər. Bu da yolverilməzdir.

Bir daha da mənim barəmdə yeni təyinatla bağlı yazılan xəbərlərin tamamilə yalan olduğunu bildirirəm”.

Göründüyü kimi, Ə.Abıyevin açıqlamasından məmurlarla savaş qoxusu gəlir və xəbəri prezidentin srəncamının olub-olmaması ilə deyil, yaylaqlar üstündə mübarizə ilə şərh edir.

Əhəd Abıyevin “Bu şayiələr Daşkəsən rayonunun yaylaq ərazilərinə kənar yerlərdən uzun müddət qeyri-qanuni yolla öz qoyun sürülərini gətirən çobanlara himayədarlıq edən şadlıq sarayları və restoran sahiblərinin şəxsi maraqlarına uyğun uydurmalarıdır” sözləri ilk baxışdan komik görünsə də, əslində Bakı meri və ya Binəqədi rayonunun icra başçısı olmaq uğrunda kimlərin mübarizə apardığını ortaya qoyur.

Maraqlıdır ki, Ə.Abıyev AXC-Müsavat hakimiyyəti dönəmində Bakı şəhər icra hakimiyyətində çalışıb.

Onu da deyək ki, Daşkəsəndə filiz kombinatın ələ keçirilməsində Gəncənin icra hakimi Elmar Vəliyevin marağı var.

İddialara görə, kombinat E.Vəliyevə qohum olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun nəzarətindədir.

Müəssisəyə yeni gələn rəhbərliklə Daşkəsən icra başçısı Əhəd Abıyevin maraqlarının üst-üstə düşməsi onları K.Həsənov-E.Vəliyev qruplaşmasına qarşı qoyub.

Ə.Abıyev bu mübarizəyə təkbaşına qoşulmayıb və görünür ki, ona dəstək verən qüvvələr var.

Əks halda açıq şəkildə iki güclü məmurla savaşa çıxmazdı. Çünki artıq zavod ətrafında iki məmur deyil, iki cəbhə mübarizə aparır.

Kərəm Həsənovla Elmar Vəliyev bir cəbhədə yer alır və Rasim Məmmədovla Əhəd Abıyevə qarşıdır. Təbii ki, bu bir ehtimalıdır.

Çünki adıçəkilən şəxslər kifayət qədər gücə malikdir və onlar bu zavodun idarəçiliyində özlərinə “şərik” axtarmaya da bilərlər.

Ancaq hələ ki, görünən bundan ibarətdir.

Ə.Abıyevin mövqeyini dərc etməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ