SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Səlim Müslümovun Şamaxıdakı adamı da "vuruldu" - Pul gücünə istədiyini edirmiş...

Səlim Müslümovun Şamaxıdakı adamı da "vuruldu" - Pul gücünə istədiyini edirmiş...

Tarix:

8-06-2018, 09:07

/ 1 689 dəfə oxundu.
Səlim Müslümovun Şamaxıdakı adamı da "vuruldu" - Pul gücünə istədiyini edirmiş...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədri Xəlilov Tərlan Şahsuvar oğlu işdən çıxıb.
Bu barədə DİA.AZ-a rayondan məlumat verilib.

Deyilənə görə, T. Xəlilov iyunun 5-də tutduğu vəzifəni öz ərizəsi ilə tərk edib: “Hazırda onun vəzifəsini Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədr müavini Tural Qasımov icra edir”.

Bununla bağlı danışan mənbə bildirir: "Tərlan Xəlilov keçmiş ƏƏSMN şefi Səlim Müslümovun yaxın adamlarından biri idi. Səlim Müslümovun tələbə yoldaşı olub. Tək işdən çıxmağı deyil, yoxlanılsa, böyük korrupsiya faktları üzə çıxar, yəni Tərlan Xəlilovun gördüyü işlər aldığı əmək haqqından qat-qat üstündür.

Tərlan Xəlilov Səlim Mülümovun "diqqətindən" sonra Şamaxının ən zəngin adamına çevrilib. O pulnan nə istəsə edirdi. Hətta cinayətin üstünü də bağlayırdı".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ