yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Yol polisi məktəblilərlə səmimi söhbət aparıb

Yol polisi məktəblilərlə səmimi söhbət aparıb
7-06-2018, 11:35 293 dəfə baxılıb

Baş Dövlət Yol Polisi İdarəsinin və Xızı Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarının iştirakı ilə rayonun Mikayıl Müşfiq adına orta məktəbin şagirdləri ilə təlimatlandırıcı görüş keçirilib.

Xalqxeber.Az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, tədbirdə çıxış edən BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis polkovnik-leytenantı İsa Deystani yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsinin, məktəblilərin yol nişanları haqqında məlumatlarının daha da ətraflı təbliğinin, diqqətlə öyrənilməsinin vacibliyini deyib. O, həmçinin yeniyetmələrin yollarda daha da diqqətli olmalarının əhəmiyyətindən danışıb. Analoji tədbir Baş Dövlət Yol Polisi İdarəsinin və Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Cəfər Cabbarlı adına orta məktəbində aşağı sinif şagirdləri ilə baş tutub. Görüşlərdə məktəblilərə yol hərəkəti qaydalarını barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırıb.

Hər iki tədbirdə yol-nəqliyyat hadisələrinin azalmasında aparılan təbliğat işlərinin əhəmiyyəti vurğulanıb. Məhz keçirilən tədbirlərin nəticəsidir ki, məktəblilər yol nişanları haqda məlumatlı olurlar, yollarda diqqətli olurlar və yolayrıclarında piyada zolaqlarından istifadəyə üstünlük verirlər.

Tədbirin sonundan məktəblilərə Baş İdarənin dəstəyi ilə nəşr edilmiş "Yol hərəkəti qaydaları əlifbası" kitabı hədiyyə olunub.
Yol polisi məktəblilərlə səmimi söhbət aparıb
Yol polisi məktəblilərlə səmimi söhbət aparıb
Yol polisi məktəblilərlə səmimi söhbət aparıb
Yol polisi məktəblilərlə səmimi söhbət aparıb


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ