yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Prezidentə yalan danışan sahibkarın işi araşdırılması üçün Prokurorluğa göndərildi - VİDEO

Prezidentə yalan danışan sahibkarın işi araşdırılması üçün Prokurorluğa göndərildi - VİDEO
7-06-2018, 10:26 331 dəfə baxılıb

Cari ilin yanvar ayının 29-da Prezident İlham Əliyev cənablarının da iştirak etdiyi "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yalan danışan "Qara inək fermer təsərrüfatı" MMC-nin direktoru Fuad Əyyubzadənin çıxışının araşdırılması üçün sənədlər İqtisadiyyat Nazirliyi tərəfindən Ağdam rayon Prokurorluğuna göndərilib.

Bu barədə AzFakt.com-a İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun imzası ilə ünvanlanan məktubda deyilir.

Qeyd edək ki, məlum konfransda "Qara inək fermer təsərrüfatı" MMC-nin direktoru Fuad Əyyubzadə çıxış edərək 2016-cı ilin aprel döyüşlərində ermənilərin müəssisənin fermasına atdığı mərmilər nəticəsində dövlət tərəfindən dotasiya ilə alınmış 200 xarici sort inəyinin öldüyünü bildirmişdi. Ancaq araşdırmamız zamanı məlum oldu ki, həmin hadisələr zamanı Fuad Əyyubzadə Azərtac-a və eləcə də ölkənin digər informasiya agentliklərinə açıqlama verərək hadisə nəticəsində fermada 12 baş inəyin öldüyünü deyib.

Araşdırmamızdan sonra F. Əyyubzadə elektron poçtumuza göndərdiyi mövqeyi isə daha ilgincdir. Belə ki, F. Əyyubzadə həmin hadisələr zamanı 170-ə yaxın inəyin kantuziya aldığını və buna görə də kəskiyə göndərildiyini qeyd edib.

Xatırladaq ki, bu məsələyə görə, "Qara inək fermer təsərrüfatı" MMC-nin dövlətə olan 423,188 min manat məbləğində borcu silinib.

Növbəti saylarımızda Ağdam rayon Prokurorluğunun baş verən maxinasiya ilə bağlı hüquqi araşdırmasının nəticəsini oxucularımıza təqdim edəcəyik.

Prezidentə yalan danışan sahibkarın işi araşdırılması üçün Prokurorluğa göndərildi - VİDEO
Prezidentə yalan danışan sahibkarın işi araşdırılması üçün Prokurorluğa göndərildi - VİDEO
Prezidentə yalan danışan sahibkarın işi araşdırılması üçün Prokurorluğa göndərildi - VİDEO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ