yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Lənkəran Dövlət Universitetində qalmaqal bitmir

Lənkəran Dövlət Universitetində qalmaqal bitmir
7-06-2018, 10:24 315 dəfə baxılıb

1991-ci ildən fəaliyyət göstərən və bu il 25 illiyini qeyd edən Lənkəran Dövlət Universitetində (LDU) qalmaqal bitmir. Regionun yeganə ali təhsil ocağı olan LDU haqqında Ümummilli Lider Heydər Əliyev “Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir” deyərək, yüksək qiymət vermişdi. Ancaq deyəsən, universitetdə olan bəzi rüşvətxorlar LDU-nun təhsil və elm mərkəzinə çevrilməsinin əleyhinədirlər. Hər halda, universitetdən saytımıza daxil olan məlumatlar, təhsil müəssisəsinin daxilində aparılan intriqalar bunu deməyə əsas verir.
25 il ərzində universitetdə kök salmış, alim adına ləkə gətirən bəzi mafioz qruplaşmalar burada gedən son islahatlara kölgə salmağa çalışır və yeni rəhbərliyin fəaliyyətlərinə ciddi maneələr törətməkdə davam edirlər.

Belə ki, burada illərdir korrupsiyaya qurşanmış “alim”lər Təhsil Nazirliyi tərəfindən göndərilən, universitetdə ilk islahatları başladan və tələbələrin böyük hörmətini qazanan prof. Nizami Yusubova qarşı anti-təbliğat apararaq onun prorektorluq vəzifəsindən uzaqlaşdırmağa nail oldular. Amma buna baxmayaraq LDU-da şəffaflığın təmin edilməsində israrlı olan Təhsil Nazirliyi rəhbərliyi prof. Natiq İbrahimovu rektor əvəzi olaraq universitetə göndərdi. Qısa bir müddət Nizami müəllimlə Natiq müəllim birlikdə işlədilər. Hətta Nizami müəllimi yaxından tanıyan insanlar, o gedərkən universitetdəki bu xüsusi mafioz qruplaşmalarla bağlı Natiq müəllimə ətraflı məlumat verdiyini və onların “siyahısı”nı da təqdim etdiyini söyləyirlər.

Natiq müəllim işlədiyi müddət ərzində kifayət qədər yüksək nailiyyətlər əldə etməyi bacarmışdır. İkinci tədris korpusunun əsaslı təmiri, Bakıdan dəvət olunan müəllimlər üçün sosial evlərin tikintisi, Sütəmurdov qəsəbəsində alimlər evinin təmirini qısa müddətdə həyata keçirmişdir. Eyni zamanda vaxtı ilə Nizami müəllimin rəhbərliyi altında işləyən, gənc və potensiallı kadrlardan olan dosent İdrak Əsgərovu tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor əvəzi təyin edərək, tədrisdə şəffaflığın təmin edilməsinə nail olmuşdur. Eyni zamanda Bakıdan yüksək ixtisaslı, peşəkar müəllimlərin dəvət olunması da universitetdə tədrisin yüksək təşkili və idarəetmənin sağlamlaşdırılmasına yönələn məqsədyönlü işlərdən idi. Bütün bu müsbət dəyişikliklər mafioz “alim” qruplaşmasını daha ciddi narahat etməyə başladı. Belə ki, onlar hər fürsətdə görülən işlərə kölgə salmağa çalışmaq, Bakıdan dəvət olunan müəllimlər bu və ya digər şəkildə təsir altında saxlamağa və onların fəaliyyətinə əngəl törətməyə çalışdılar. Bu qruplaşma xüsusi olaraq öz aralarında iclaslar keçirir, keçmiş günlərini xatırlayaraq, yeni gələnləri universitetdən göndərməyin planlarını qurur, hətta öz aralarında gələcəkdə kimin hansı vəzifələrə gətiriləcəyinin planlarını qururlar.

Acınacaqlı hallardan biri də budur ki, bu qruplaşmada olanlardan bəziləri hazırda universitetdə müxtəlif vəzifələrdə (dekan, prorektor, müşavir, kafedra müdiri, dosent) işləyənlər də vardır. Ən acınacaqlı hal isə odur ki, universitetə rektora kömək etmək, onun fəaliyyətini dəstəkləmək üçün göndərilən yüksək vəzifəli şəxslərdən də bu qrupa sonradan daxil olanlar oldu. Qruplaşmanın başbilənləri rektorun ətrafında qalmağa çalışır, ona mənfi informasiyalar verərək, universiteti bu və ya digər şəkildə idarəetməyə çalışırlar.

Humanitar və Təbiət fakültəsi bu qruplaşmanın əsas bazası olsa da, İqtisadiyyat və İdarəetmə, Aqrar fakültələr də dəstəkçilər vardır. Belə ki, qrupun yüksək vəzifəli şəxslərinin son vaxtlar kimya və biologiya fakültəsində oynadığı “oyunlar” xüsusi ilə nəzərə çarpmaqdadır. Belə ki, yüksək vəzifədə olan şəxslərdən birinin gəlinin başqa bir müəllimə ilə arasında olan şəxsi münaqişəsinə görə, onu intizam komissiyasına cəlb edib “töhmət” verilməsinə nail oldular.

Universitetin ən böyük fakültəsi olan İqtisadiyyat və İdarəetmə fakültəsinə rəhbərlik edən dosent Reyhan Əsgərova (rektor tərəfindən şəxsən Bakıdan dəvət olunmuşdu) bu qruplaşmanın təsiri ilə cəmi 2 ay işləyə bildi. Reyhan xanıma ən yaxın olan, onun fəaliyyət göstərdiyi kafedrada birlikdə işlədiyi mafioz qrupun ən təhlükəli üzvləri, özlərini xanıma yaxın göstərərək onun haqqında rəhbərliyə mənfi informasiyalar çatdırmağa və işdən getməsinə nail oldular. Əslində, Reyhan xanımın işdən uzaqlaşdırılmasında məqsədləri var idi. Onlara yaxın olan bir nəfərin dekan gətirilməsi arzusunda idilər. İstədiklərinə qismən nail olan qrup üzvləri dekanlıq haqqında elanın gizlədilməsinə belə nail olmuşdular. Dekan olaraq namizəd verdikləri şəxs isə özünü öncədən “seçilmiş” olduğunu (növbəti yazımızda namizədin kimliyi və qruplaşmanın fəaliyyətinin detalları veriləcək) hər yerdə bəyan etməkdən belə çəkinmirdi. Lakin qruplaşmanın bu “oyunu” da pozuldu.

Beləliklə, qrup üzvlərinin “oyunu” pozulduğu üçün “qisas” almağa qərar verirlər. Ona görə də Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalın vəhdəti” konfransının plenar iclasında iştirak etmələrinə baxmayaraq, sektor iclaslarına dərsdə olduqları üçün iştirak edə bilməyənlərə “töhmət” elan edilməsinə nail oldular. Belə ki, təhsil tarixində ilk dəfə konfransa tezis verən, lakin dərs və digər üzrlü səbəblərdən iştirak edə bilməyənlərə, hətta dissertanta belə “töhmət” və “xəbərdarlıq” verməkdən çəkinmədilər. Töhmət verilənlər Bakıdan rektorun dəvəti ilə gəlmiş, gecə-gündüz Universitetin inkişafına çalışan, tələbələrin xüsusi ilə yüksək qiymətləndirdiyi şəxslər oldu. Hətta konfransın keçirilməsində xüsusi əməyi olan “Riyaziyyat və İnformatika” kafedrasının müdiri N.Paşayevə “töhmət”, “İqtisadiyyat və Marketinq” kafedrasının müdiri dosent G.Əliyevaya və yenicə “Xarici dillər” kafedrasına təyin edilmiş A.Bunyadovaya əsasız “xəbərdarlıq” elan olunmasına nail oldular.

LDU-da baş verənlərlə, islahatlara qarşı çıxanlarla bağlı daha geniş yazı təqdim edəcəyik.

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ