yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Deputat Elxan Süleymanov barədə şok faktlar

Deputat Elxan Süleymanov barədə şok faktlar
7-06-2018, 10:13 387 dəfə baxılıb

Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini Purqafari Aər Ələsgər oğlu tərəfindən Xalqxeber.Az-a şikayət məktubu daxil olmuşdur. Həmin şikayət məktubunu olduğu kimi sizlərə təqdim edirik:

Millət vəkili Elxan Süleymanov öz şəxsi biznesini gücləndimək məqsədi ilə Göyçay rayonunda 500 ailənin iş yerini qapadaraq çörəyinə bais olmuşdu.Belə ki, Göyçay rayon ərazisində 10 yerdə qum-çınqıll karyerini Elxan Süleymanov bağlatdırıb.Bu isə 500 ailənin çörəksiz qalması və dövlətə ödənilən küllü miqdarda verginin qarşısını almaq deməkdir.Əslində həmin kariyerlər qanunu fəaliyyət göstərirdi. Ancaq Elxan Süleymanov özünə məxsus Qəbələ rayon ərazisində yerləşən kariyerin məhsullarının satışını sürətləndirmək üçün Göyçay rayonunda yerləşən 10 kariyerin fəaliyyətini dayandırmağı qarşısına məqsəd qoydu və nail oldu.Guya Elxan Süleymanov təbiətin qayğısına qalır gələcəkdə yaranacaq təhlükənin qarşısını almağa çalışır.Təbiətin qayğısına qalmaq imicini formalaşdıran Elxan Süleymanov elə əslində özü təbiətin düşməni hesab edilməlidir.Çünki deputat Elxan Süleymanov Göyçay çayının düz ortasında 6 möhtəşəm villa inşa etdirib.Həttda həmin villaları elə inşa ediblərki Göyçay çayı həyatyanı sahəyə düşüb.Bu isə dünyada analoqo olmayan bir özbaşınalıq, qanunsuzluqdur ki, bunu məhz adına millət vəkili deyilən Elxan Süleymanov edib. Elxan Süleymanovun bu vilları inşa edilən zaman çayın hövzəsi daraldırıb ki, nəticədədə bu gün Göyçay rayonunda körpünün uşması baş verib.Belə yaramaz işlərə görə Göyçay körpüsü 03 may 2018-ci il tarixdə uşçumdur.Bunun səbəbinin birini isə başa Elxan Süleymanovun çayın ortasında inşa etdirdiyi villalarda axtarmaq lazımdır.Buna görə başlanılmış cinayət işinə Elxan Süleymanovun özü cəlb edilməlidir.Sual olunur ki, Göyçay çayında fəaliyyət göstərən 10 qul-çınqıl kariyerinin fəaliyyəti qanunsuzdusa bəs Elxan Süleymanova məxsus Qəbələ rayonundakı kariyer necə qanunu fəaliyyət göstərə bilər ?
Göyçay çayının uzunluğu 110 km dən çoxdur.Qanuna əsasən uzunluğu 100 km-dən çox olan çayın mühafizə zolağı 300 metir olmalıdır.Elxan Süleymanov isə 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib.Həmin villaların 6 hektar həyatyanı sahəsi var.Həmin villalar yerləşən ərazidə Göyçay çayının körpüsüdə əhatəyə alınmışdır.Hansı ki, bu gün selə görə körpü uçması nəticəsində alternativ kimi həmin körpüdən istifadə etmək olardı.Elxan Süleymanov öz biznesini gücləndirm\ək məqsədi ilə Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdırmaqla süni bahalaşmaya nail olmuşdur.Belə ki, əvvəl bir maşını 30-40 manata olan qum indi 300 manata Elxan Süleymanova məxsus kariyerdə satılır.Ətraf rayon sakinləri məcbur olub Elxan Süleymanova məxsus kariyerdən qum-çınqıl alırlar.
Bilmək olmur Elxan Süleymanov mülkədardı yoxsa millət vəkili ? Adına millət vəkili deyilən bu korrupsioner millətin düşməninin belə qanunsuz əməlləri araşdırılmalı deputat toxunulmamazlığı ləğv edilib barəsində qanunu tədbirlər görülməlidir.Elxan Süleymanov Şamaxı rayonundan deputat seçiləsəd Göyçay rayonunda doğulub göyçaylıdır.Onun Göyçayda obyektləri, villalar qanunsuz inşa edilib.Öz gözündə tiri görməyib özgə gözündə tük axtaran Elxan Süleymanovun Göyçay şəhərindəki böyük ticarət obyekti Göyçay İnternat məktəbinin həyətində qanunsuz olaraq inşa edilib.
Hər il dövlətə küllü miqdarda vergi ödəyən və 500 ailəni işlə təmin edən 10 qum-çınqıl kariyerinin bir nəfər yaramaz. işbaz "deputatın" göstərişi ilə bağlamaqla dövlətə və vətəndaşlara küllü miqdarda ziyanlar vurub.
İnanırıq ki, bu faktlar araşdırılacaq Göyçay çayının mühafizə zolağında qanunsuz 6 villa inşa etdirmiş, özünə məxsus Qəbələ rayonunda yerləşən kariyeri işlətmək məqsədi ilə 500 ailənin iş -çörək yeri olan Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdıran Elxan Süleymanovun barəsində ciddi tədbirlər görüləcək və onun çirkin niyyətinə çatmasının qarşısını alınacaq.

Deputata Elxan Süleymanovun Göyçay çayının üzərində qanunsuz inşa etdirdiyi 6 villanın fotoşəkillər təqdim edirəm.
Purqafari Azər Ələsgər oğlu əlaqə telefonu; (077) 610-11-22, (055) 962-12-12

Xalqxeber.Az
Deputat Elxan Süleymanov barədə şok faktlar
Deputat Elxan Süleymanov barədə şok faktlar
Deputat Elxan Süleymanov barədə şok faktlar
Deputat Elxan Süleymanov barədə şok faktlar
Deputat Elxan Süleymanov barədə şok faktlar


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ