SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Laçın rayon Baytarlıq İdarəsinin rəisi Sovet Həsənov da rayon baytarlığın özəlləşdirib...?

Laçın rayon Baytarlıq İdarəsinin rəisi Sovet Həsənov da rayon baytarlığın özəlləşdirib...?

Tarix:

6-06-2018, 10:13

/ 3 003 dəfə oxundu.
Laçın rayon Baytarlıq İdarəsinin rəisi Sovet Həsənov da rayon baytarlığın özəlləşdirib...?

2016-cı ildən Laçın rayon Baytarlıq İdarəsinin rəisi işləməyə başladıqdan sonra bir qism idarə işçilərinin əmək haqqı veriləən kartların əlindən alıbdır. O, əmək haqqı verilən kartları baş baytar tərəfindən işçilərin əlindən alınıb. Həmçinin qeyd edək ki, idarə işçiləri olduğu iddia edilən şəxslər Ağcabədi rayon Taxta-Körpü ərazisində deyil, Bakı şəhər və digər rayonlarda yaşayırlar.
Dövlət tərəfindən hər ildə iki dəfə işçiyə verilən mükafatı almaq üçün gərək Sovet Həsənovla 50/50(yüzün 50%) razılaşasan ki, həmin mükafatları əldə edəsən deyə mənbə qeyd edir.
Rayon Baytarlıq idarəsində özbaşınalıq o, həddə çatıb ki, işçilərin bir qismi ümumiyətlə işə gəlmir, rəisi Sovet Həsənov başda olmaqla bir qismidə günün səhər saatlarında idarədə olurlar bununlada iş saatı bitir. Günün ikinci yarısından sonra Laçın rayon Baytarlıq İdarəsinin qapısı bağlı olur.
Məlumatlı şəxs bildirir ki, rayon baytarlıq idarəsinin fəaliyyətin rayonun baş baytarı Sovet Həsənov iflic edib!
Belə ki, idarənin balansında olan 1 ədəd DUK, 1 ədəd QAZ-53 markalı avtomobilləri hələ heç kim tanımır. S.Həsənov Laçın rayon əhalisinə yox, kimə, harda xidmət edir bilən yoxdur! Baytarlıq İdarəsi yalançı aylıq hesabatlarında avtomobillərin yanacaq sərfiyatın göstərir...
Məlumatlı şəxs onuda bildirir ki, 2016-cı ildən bu günə kimi Laçın obalarında heç bir dezinfeksiya işi aparılmayıb! Ağcabədi rayon Taxta-Körpü ərazisində yaşayan Laçın rayon köçkünlərinə məxsus iri və kiçik buynuzlu təsərüfatda və ev quşlarında infeksion xəstəliklər başalıb gedir.
Bürsilyoz xəstəliyinə və digər xəstəliklərə qarşı dövlət tərəfindən verilmiş vaksin işlədilmir! Bu səbəbdəndə hər il ev quşlarının kütləvi təlafatı, mal-qara arasında bürsilyoz, davaq xəstəlikləri kütləvi hal almaqdadır.
Vaxtı-vaxtında heyvanlardan qan alınıb, müayinələr aparılmır, amma il ərzində hesabatlarda yalançı rəqəmlər göstərilir!..

Mövzu diqqətimizdədir.

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ