SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Elmar Vəliyev ikinci paytaxtda xunta rejimi qurub - qandonduran faktlar...

Elmar Vəliyev ikinci paytaxtda xunta rejimi qurub - qandonduran faktlar...

Tarix:

6-06-2018, 09:12

/ 1 945 dəfə oxundu.
Elmar Vəliyev ikinci paytaxtda xunta rejimi qurub - qandonduran faktlar...

Cavad xan sağ olsaydı, Gəncədə idarəçiliyə hansı reaksiyanı verərdi, təxmin etmək olar. Bu günün Gəncəsi nə onun, nə də indi gəncəlilərin görmək istədiyi vəziyyətdədir.
Azərbaycanın paytaxtı olmuş, ölkənin indi də ikinci şəhəri sayılan, ziyalılar, alimlər, görkəmli şəxsiyyətlər yetişdirmiş Gəncə son illərdə ən ağır dövrünü yaşamaqdadır.
Anaxeber.Az yazır ki, hərbi prokuror Xanlar Vəliyevin qardaşı, Gəncəbasar bölgəsinin qubernatoru kimi özünü aparan, xunta generalı üslubunda davranan şəhərin icra başçısı Elmar Vəliyev xof mühiti yaradıb.
Sanki ölkənin ən azad şəhərlərindən olan Gəncədə komendant saatı, xunta rejimi hökm sürür. E.Vəliyevin idarəçilik sistemi kobudluq, qabalıq, təhqir-təhdid üzərində qurulub.
Onun üçün fərqi yoxdur: məmurlar, idarə rəisləri, şikayətçilər, sadə insanlar...Kiminin sözünü kəsir, kiminin sözünü ağzında qoyur, kimini ictimaiyyətin qarşısında təhqir edir, kimini iclasda ayağa qaldırıb pərt edir, kimisini də şapalaqlayır, şil-küt edir.
Gəncənin hörmət və sevgisini qazana bilməyən, bu illər ərzində kobud və ağzısöyüşlü xarakteri ilə ad çıxaran E.Vəliyevin şəhəri abadlaşdırması arxa planda qalıb.
Gəncənin gözəlləşməsi və təmizliyi də əhalinin qəlbinə yol açmayıb. Çünki E.Vəliyevin gördüyü işlərin önündə onun təhqirlə danışması dayanır.
Yerli məmurlar da ondan cana doyublar və istefası üçün dua edirlər. Eldar Əzizova şükür edən gəncəlilərin sözlərinə görə, Elmar Vəliyev gestapo rejimi yaradıb.
Gəncəni Şimali Koreyaya döndərdiyini deyən büdcə təşkilatları boğaza yığılıblar. E.Vəliyevin qeyri-rəsmi tələbləri tükənmək bilmir.
Məktəblərdən flarmoniyaya bilet pulu yığdırmaqdan tutmuş Daşkəsəndə filiz kombinatından dəmirləri mənimsəyib, Gəncədəki oğluna məxsus təzə bazarına dam tikdirməsinə qədər əməllərin sahibidir.
Gəncəlilər arzu edirlər ki, onun Bakı icra hakimiyyəti başçısı postuna gedəcəyi haqda dezinformasiyalar həqiqətə çevrilsin.
Amma Gəncədəki fəaliyyəti mərkəzi hakimiyyətə elə bir dosye olub ki, onu ikinci paytaxtdan birinci paytaxta transferinə əsla razılıq verməzlər.
İqtidarda mühüm bir qanadın təmsilçisi olan və güclü klana bağlılığı hesabına Gəncənin icra baçısı vəzifəsində qalan E.Vəliyevə yalnız prezident bata bilər.
Dövlət başçısı seçkidən sonra bir neçə naziri azad etdiyi, bəzi icra hakimlərini çıxardığı kimi onu da istəsə postundan uzaqlaşdıra bilər.
Çünki kifayət qədər şikayət və faktlar var, Gəncədən tez-tez prezidentə məktublar ünvanlanır.
E.Vəliyevin Gəncədə qanunsuz işlərini ört-basdır edən deputat təyin edilmiş Naqif Həmzəyevdir.
N.Həmzəyev millət vəkili yox, E.Vəliyevin köməkçisi funksiyasını yerinə yetirir. Təyinatlı deputatın işi icra hakiminin tapşırıqlarını çatdırmaqdır.
Gəncənin “xuta lideri”nin oğlu isə böyük biznes imkanlarına malik olan, şəhərdə bazar işlədən Elmir Vəliyevdir. Mətbuatda yazırlar ki, başçı oğlu korteclə gəzir.
Gəncədə ilk günlərdə iş adamlarına qoyulan çoxsaylı “haqq”lar və büdcədən ayrılan milyonlarla vəsaitlər hesabına Mixaylovkada özünə nəhəng villalar kompleksi tikdirib.
Bu malikanənin tikintisində istifadə olunan tikinti materialların böyük əksəriyyəti, hətta villaların ərazisində və ətrafında quraşdırılan işıq dirəkləri və yerə döşənən daşlar belə “təsadüfən” Gəncənin abadlaşdırılması üçün ayrılanlarla eynilik təşkil edir.
E.Vəliyev Göygöl, Yevlax, Bərdə, Tərtər, Samux kimi ətraf bölgələrdə da hegemonluq edir. Odur ki, bu zonanın ən gözəl guşələrind, səfalı yerlərində villalar ucaldıb.
Bu pulların bir hissəsi isə “İmamzadə”yə ayrılan pulların mənimsənilməsi hesabına başa gəlib. Yəni, icra başçısı “İmamzadə”nin puluna da əl uzadıb.
Bu məsələnin ortaya çıxmasına görə türbənin axundu Hacı Tahir Abbaszadəyə təzyiüq göstərmişdi. Axundun açıqlamaları media arxivində qalır.
Hacı Tahir bildirmişdi: “Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. “Aşura” günündə “İmamzadə”də prezident İlham Əliyevin ünvanına dediyim xoş sözlərdən sonra mənə “bütpərəst” deyib və məni hədəfə götürüb.
“İmamzadə”yə Namiq Həsən oğlu Allahverdiyev adlı bir qohumunu təyin etdi və mənim adamlarımı, idarənin əməkdaşlarını iş görə bilməyəcək hala gətirdi. Dindar ovuna başlayıb şəhərdə”.
Kəsəsi, E.Vəliyev vəzifədə olduğu bu müddətdə Gəncədə bütün zümrələrin, təbəqələrin nifrətini qazanıb, narazı salıb, konfliktə gedib.
O, istərsə müəllimlərdən pul yığılması, istərsə iş adamlarının boynuna xərac qoyulması, istərsə idarə müdirlərinin təhqir olunması, döyülməsi, istərsə də inanclı təbəqə və Aşura yürüşü edənlərlə düşmənçilik həddində münasibət yaratması ilə istefasını zəruri edib. Ölkəni ikinci paytaxtına yeni, işləyən, xalqın içində olan və onlarla mehriban davranan bir icra hakiminə ehtiac var...

Anaxeber.Az

Şərhlər

XƏBƏR LENTİ