SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İmişlidə ölüm, nəmər və MTN işi agentliyi silkələdi: Saleh Məmmədova dosye

İmişlidə ölüm, nəmər və MTN işi agentliyi silkələdi: Saleh Məmmədova dosye

Tarix:

6-06-2018, 09:10

/ 3 536 dəfə oxundu.
İmişlidə ölüm, nəmər və MTN işi agentliyi silkələdi: Saleh Məmmədova dosye

İmişlinin Çaxırlı kəndindəki karxanada ölüm hadisəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində ciddi təşviş yaradıb
Buna səbəb karxananın agentlikdə işləyən Şükür Astanova məxsus olması faktının ictimailəşməsidir.
Bu haqda ilk məlumatı yayan demokrat.az yazıb ki, qum-çınqıl karxanası Regional Yol Təmiri İdarəsinin rəisi Ş.Astanova aiddir.
Agentliyin sözçüsü Anar Nəcəfli isə qurumun tabeliyində belə idarə olmadığını söyləyib. Lakin Ş.Astanovun onların əməkdaşı olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, Astanov hazırda 6 nömrəli Magistral Yolların istismarı MMC-nin direktorudur.
A.Nəcəfli həmçinin əlavə edib ki, Agentliyin tabeliyində olan qurumların heç birində istehsalatda ölüm hadisəsi qeydə alınmayıb.
Ancaq qum-çınqıl karxanasının agentliyin idarəsinə aid olduğunu kimsə iddia etməyib. Söhbət Saleh Məmmədovun rəhbəri olduğu qurumun işçisinin karxana işlətməsindən gedir.
Sayt yazıb ki, qohumuna kömək məqsədilə karxanaya gələn şəxsin başına dəmir düşüb. Hadisə nəticəsində həmin şəxs yerindəcə keçinib.
Cəsəd təcili olaraq ərazidən uzaqlaşdırılıb və gecə ilə də dəfn edilib. Mərhumun bütün xərclərini Şükür Astanov öz üzərinə götürüb.

Əksər idarə rəislərinin sexləri, karxanaları fəaliyyət göstərir.

Əvvəlcə “Azəryolservis”, sonra “Azəravtoyol” adı ilə fəaliyyət göstərmiş qurumun regional idarələrinin rəisləri oliqarxa çevriliblər.
Dəfələrlə Ağcabədi, İmişli, Beyləqan və digər bölgələrdə yol idarəsi rəislərinin zavodları, sexləri, “karyer”ləri olması haqda məlumatlar mediada işıqlandırılıb.
Bu günlərdə ölkə mediasında Ş.Aslanov haqqında ilginc iddia yayılmışdı. Həmin məlumatı diqqətinizə çatdırırıq:
Şükür Astanovla bağlı əlavə məlumatlar əldə etmək məqsədilə cumhuriyyet.az olaraq apardığıız araşdırmada bir müddət öncə dərc edilmiş kifayət qədər primitiv mədhiyyədəki bir məqam diqqətimizi cəlb etdi:
“Toyda misiqiçilər, yas mərasimində mollalar məclisə daxil olan kimi onu (Şükür Aslanovu – red.) diqqət mərkəzində saxlayır”.
Şükür Astanov və onun rəhbərlik etdiyi ORİON-E MMC ilə bağlı ən ilginc məlumat isə bir neçə il əvvəl iri tutumlu, hər hansı sənədlərinin olmadığı söylənilən, bitiumla dolu avtomobillərin şirkət ərazisinə daxil olarkən MTN əməkdaşları tərəfindən hadisə yerində tutulmasıdır.
Qeyd olunur ki, hadisə yerində dərhal həbs edilən Şükür Aslanov naməlum səbəblərdən qısa müddət sonra azadlığa buraxılıb.
Ş.Aslanov Tabeliyində yol örtüyünün istehsalı ilə məşğul olan zavod və müxtəlif təyinatlı texinakları olan "ORİEN -E" MMC İmişi-Saatlı, İmişli-Kürdəmir və digər magistral yolların çəkilişləri ilə bağlı tenderlərin də qalibi olub.
Tender qalibi olan Ş.Aslanov apardığı əməliyyatlarda onun Araz çayının məcrasını dağıdaraq milyonlara sahib olmasına icazə verildiyini düşünür.

Bütün tərəfləri dinləməy hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ