yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Həkimdən prezidentə şok dosye: "Ağstafa DYP rəisi bizi patentə oturdub"

Həkimdən prezidentə şok dosye:
5-06-2018, 10:58 583 dəfə baxılıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına

Ağstafa şəhərində həkim işləyən Mahir Yusubov tərəfindən

ANANXEBER.az-a açıqlamasında Mahir Yusubov iddia edib ki, mənim şikayətim Ağstafa rayon Dövlət Yol Polis İdarəsinin Ağstafa şəhərinin rəisi Ramin Bağırovdandır.
Bağırov Ramin bütün Ağstafada dövlət işində işləyən şəxsləri potentə otuzdurub. Beləki Ağstafa şəhərində rahat avtomobil idarə etmək üçün Ramin Bağırova 500 Azn hörmət etməlisən. Əks halda şərlənərək və ya başqa bir üsullu zərər veriləcək. Mənim tanıdığım çoxlu sayda həkim və digər şəxslər artıq Ramin Bağırovun pulunu veriblər. Növbə mənə çatanda şəxsən Ramin Bağırov öz şəxsi kabinetində məndən 500 manat pul istədi. Mən ona bildirdim ki, mən içki içmirəm qaydalarada riayyət edirə və nəyə görə heçnədən 500 manat pul verməliyəm. O isə açıx mənə hədə qorxu gəldi ki, onda sən daha çox xərcə düşəcəksən. Sonra bir yoldaşın məsləhətiylə mən Ramin Bağırovun şəxsən özünə onun xidməti iş otağında 250 AZN pul verdim. Ramin Bağırov pulu mənnən götürdü lakin məbləğin qalanınıda düzəltməyi tələb etdi. Mənim isə maddi sıxıntılarım olduğu üçün sonradan Ramin Bağırovun qalan pulunu çatdıra bilmədim. Ramin Bağırov tabeçiliyində olan şəxslərin vasitəsiylə dəfələrlə mənə söz göndərdi ki, onun qalan haqqını çatdırım. Mən onun haqqını çatdırmadığım üçün Ramin Bağırov mənimlə prinsipə düşdü. Onun tapşırığıyla mənim maşınım izlənməyə başladı. Hər addımda saxlayım məndən bir qanun pozuntusu tapmağa çalışırdılar.Məni tanıyan bir neçə yol polisi gizlincə mənə bildirib ki, Ramin Bağırovun tapşırığı var ki, məni ilişdirsinlər.
Hörmətli cənab Prezident!
Lakin mən səhhətimlə bağlı nə içki içmirəm nə də ki digər qanun pozuntularına yol vermirəm. 2018-ci ilin fevralın 4-də bazar günü mən Ağstafadan evə gedərkən Ramin Bağırov mənim maşın idarə etdiyimi gördü və trasa baxan yol polislərinə tapşırıq verdi ki, mənim maşınımı saxlasınlar. Həmin gün Ramin Bağırovla bir yerdə işləmiş Məmmədov Rövşən Malik oğlu məni saxlatdırdılar. Həmin Rövşən Məmmədov mən içkili olmadığım halda Ramin Bağırovun sifarişiylə saxta protokol tərtib etmişdir. Həkim müayinəsi aparılmadan mənim içkili olmağım barədə tərtib olunan həmin protokol tam qanunsuzdur və bir başa Ramin Bağırovun sifarişiylə olunduğunu mən çox yaxşı bilirəm. Bu məsələylə bağlı mən Qazax rayon məhkəməsinə şikayət etdim. Qazax rayon məhkəməsi Ramin Bağırovun tapşırığıyla əsassız və araşdırılmadan həmin protokolun düzgün hesab etdi. Mən həmin qərardan apelyasiya şikayət etdim. Gəncə apelyasiya məhkəməsi Qazax rayon məhkəməsinin qərarını ləğv etdi və yenidən ədalətli baxılması üçün Qazax məhkəməsinə göndərdi.
Hörmətli cənab Prezident!
Bir həkim kimi Ramin Bağırovun əməlini heç cür anlaya bilmirəm. Ramin Bağırovun həmdə cənab prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı apardığı siyasəti kobud şəkildə açıq aşkar aparması Ağstafalılar tərəfindən birmənalı qarşılanmır. Mənim yazdıqlarım hamısı həqiqətdir. Bunu Ağstafada bütün həkimlər və iş adamları təsdiq edə bilər. Xahiş edirəm Ramin Bağırovun Ağstafada etdiyi qanunsuz əməllərə
son qoyulsun!

Hörmətlə. Mahir Yusubov 04.06.2018 tel 055 9567788

ANAXEBER.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ