SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yaxın günlərdə müdaxilə olunmasa Ucar ərazisindəki meşə zolaqlarından əsər-əlamət qalmayacaq-FOTO

Yaxın günlərdə müdaxilə olunmasa Ucar ərazisindəki meşə zolaqlarından əsər-əlamət qalmayacaq-FOTO

Tarix:

5-06-2018, 10:46

/ 2 735 dəfə oxundu.
Yaxın günlərdə müdaxilə olunmasa Ucar ərazisindəki meşə zolaqlarından əsər-əlamət qalmayacaq-FOTO

Muxtar Babayevin Ekologiya və Təbii Sərvətlər Naziri təyin olunduqdan sonra bu sahəyə diqqət artıb. Artıq nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində meşə materiallarının qanunsuz yolla əldə olunmasına və satışına qarşı reydlər keçirilir.Şimali bölgəsində belə reydlər zamanı kömürün hazırlanması məqsədilə qanunsuz yolla meşə materiallarının əldə olunması aşkar olunaraq protokol tərtib olunub.Qanunu pozanlar cərimə olunublar. Amma tək şimal bölgəsində deyil respublikanın bütün bölgələrində belə faktlar var
Ucar rayon Lək kəndi ərazisindəki meşə massivinin qırılması faktı ilə bağlı etibarlı mənbədən məlumat daxil olmuşdu. Qeyd edək ki. bu ərazi Çallı - Məlikmudlu yolunun sol tərəfində yerləşir. Məlumatın doğruluğunu yoxlamaq üçün göstərilən ərazidə olduğumuz zaman həqiqətəndə meşə ərazisnin qırılaraq məhv edildiyi ortaya çıxdı.Məlum oldu ki, əraziyə cavabdeh olan meşə nəzarətçiləri Böyükağa və Qəşəm meşəni öz maraqlarına qurban veriblər. Rayonun Lək kəndi ərazisində dövlətin küllü miqdarda vəsaiti hesabına əkilərək yetişdirilmiş böyük ağaclar kəsilərək odun və material kimi satdırılır.Qırılmış meşənin ərazisinə isə Yonca, taxıl və sarımsaq əkilir. Ağciyərlərimiz olan bu meşə ərazisinin qırılmasının qarşısı məqsədli şəkildə alınmır..Yəqinki bura cavabdeh olan meşə nəzarətçiləri keçmiş nazirin dövründə yuxarılara "krışalıq" üçün satdıqları materialların pulundan haqq ödəyirmişlər.
Qeyd edək ki, bu bu meşə massivi Lək ərazisində yerləşsədə, məsafə etibarı ilə Zərdab rayon Çallı və Məlikmudlu kəndlərinin yaxınlığında yerləşdiyi üçün yaşıllığın məhv olunması bu kəndin sakinlərini daha çox narahat edir.
Belə fikirləşirik ki, əlavə şərhə ehtiyac yoxdur. Bu yaşıllığın məhv olmasının qarşısının alınması üçün müdaxiləyə ehtiyac var.Həqiqətəndə yaxın günlərdə bu müdaxilə olunmasa ərazidə yaşıllıqdan əsar-əlamət qalmaycaq.İnanırıq ki, nazir Muxtar Babayev bu məsələyə müdaxilə edəcək və göstərdiyimiz faktların yerində araşdırılması üçün öz tapşırığını verəcək.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq

Meridian.az
Yaxın günlərdə müdaxilə olunmasa Ucar ərazisindəki meşə zolaqlarından əsər-əlamət qalmayacaq-FOTO
Yaxın günlərdə müdaxilə olunmasa Ucar ərazisindəki meşə zolaqlarından əsər-əlamət qalmayacaq-FOTO
Yaxın günlərdə müdaxilə olunmasa Ucar ərazisindəki meşə zolaqlarından əsər-əlamət qalmayacaq-FOTO
Yaxın günlərdə müdaxilə olunmasa Ucar ərazisindəki meşə zolaqlarından əsər-əlamət qalmayacaq-FOTO
Yaxın günlərdə müdaxilə olunmasa Ucar ərazisindəki meşə zolaqlarından əsər-əlamət qalmayacaq-FOTO
Yaxın günlərdə müdaxilə olunmasa Ucar ərazisindəki meşə zolaqlarından əsər-əlamət qalmayacaq-FOTO
Yaxın günlərdə müdaxilə olunmasa Ucar ərazisindəki meşə zolaqlarından əsər-əlamət qalmayacaq-FOTO
Yaxın günlərdə müdaxilə olunmasa Ucar ərazisindəki meşə zolaqlarından əsər-əlamət qalmayacaq-FOTO

Şərhlər

XƏBƏR LENTİ