SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şimal Regional Enerji Təchizatı İdarəsi abonetləri necə aldadır…?

Şimal Regional Enerji Təchizatı İdarəsi abonetləri necə aldadır…?

Tarix:

4-06-2018, 18:06

/ 10 898 dəfə oxundu.
Şimal Regional Enerji Təchizatı İdarəsi abonetləri necə aldadır…?

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti günün tələblərinə uyğun olaraq idarəçilikdə operativliyi təmin etmək məqsədilə “Azərişıq”ın 7 regional idarəsi yaradıb, rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə verib. “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilib, əvəzində Şimal Regional Enerji Təchizatı İdarəsi yaradılıb: “İdarə Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını həyata keçirəcəkdir”.
Şimal Regional Enerji Təchizatı İdarəsinin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi də bu islahatın tərkib hissəsidir.Bu idarənin rəisi isə etimad göstərilərək cənab Şahin Əliyev təyin edilibdir.
Məlumat üçün bildiririk ki, Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 7-ci məhəllə ünvanında yaşayan bir qrup sakin “Sözazadlığı.org” onlayn qəzetinin redaksiyasına müraicət edərək yeni yaşayış massivində vətəndaşların enerji təchizatının yarıtmaz vəziyyətdə olmasını və vətəndaşların müraicətləri əsasında evlərə sayğac quraşdırılarkən qoruyucuların qoyulmaması, evlərə gələn xətlərin təhlükəsizlik qaydalarına əməl edilmədən çəkilməsi, elektrik dirəklərinin standartlara uyğun olmamasından və ya vətəndaşlar özləri taxta dirəklərdən istifadə edilməklə xəttlərin çəkilməsi hallarından və s. şikayət etmişdilər.

Redaksiyanın əməkdaşları şikayət ərizəsində qeyd edilən hallarla bağlı yerində araşdırma apararkən göstərilən nöqsanlar öz təsdiqini tapmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 234 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçıların enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları müəyyən olunmaqla yanaşı təhlükəsizlik texnikasının Qaydaları qəbul olunmuşdur.
Həmin Qaydaların 1.12-ci bəndinə görə - Texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılma sənədləri nəzərə alınmaqla verilir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən “Söz Azadlığı” ictimai-siyasi, hüquq qəzetinin redaksiyasına göndərilmiş № 37/36-00482 nömrəli, 24.04.2018-ci il tarixli cavab məktubunda buldirili ki, “Samur-Abşeron kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən yeni yaşayış massivi Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 10268 nömrəli 1994-cü il tarixli sifarişinə əsasən institutunuz tərəfindən işlənmiş Sumqayıt şəhərinin baş planına, həmçinin normativ sənədlərə uyğun işlənməsi şərti ilə nəzərdə tutulan fərdi ev tikintisi üçün hər biri 600 m2 olmaqla həyatyanı torpaq sahələrindən ibarət yaşayış massivinin salınması və tikintisi üçün ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 234 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçıların enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydalarının 3.2-ci bəndinə görə - sifarişçinin öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədi nöqtəsinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi, ETM öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədi nöqtəsinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi müəyyən edilmişdir.
EQQ-na əsasən hava xətlərinin altından keçən nəqliyyatın təhlükəsizliyini və ümumilikdə təhlükəsizlik texnikasını təmin etmək üçün 1000V-a qədər gərginlikdə yerdən sallanmış naqilə qədər olan məsafənin 6 metr olması qəbul edilmiş, hətta izoləolunmuş naqillərin əl çatan hündürlükdə çəkməyə icazə verilməməsinə baxmayaraq şəkildən göründüyü kimi qoşulma nöqtəsinə qədər olan xətlər yerlə, ağacların içi ilə aparılmışdır.
Abonetlərdən aldıqları pula dəmir dirəklər basdırmalı olan Şimal Regional Enerji Təchizatı İdarəsi dirəklərin pulu ilə yanaşı, qoruyucu avtomatların da pulunu mənimsəməyi qənimət bilib. Şimal Regional Enerji Təchizatı İdarəsi tərəfindən Qaydaların bu cür pozulmasından yəqin ki, “Azərişıq” ASC-nin rəhbərliyinin xəbəri yoxdur.

“Azərişıq” ASC-nin rəhbərliyi materialda göstərilən halları araşdırıb hüquqi qiymət verməsi ümüdü ilə araşdırmamızı davam etdirəcəyik.

Yazıda adları hallanan qurumların da mövqeyini dərc etməyə hazırıq.

Sözazadligi.org

Şərhlər

XƏBƏR LENTİ