SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Direktor müəllimi üzünü görmədiyi şagirdə qiymət yazmağa məcbur edir – CƏLİLABADDA

Direktor müəllimi üzünü görmədiyi şagirdə qiymət yazmağa məcbur edir – CƏLİLABADDA

Tarix:

1-06-2018, 18:34

/ 2 741 dəfə oxundu.
Direktor müəllimi üzünü görmədiyi şagirdə qiymət yazmağa məcbur edir – CƏLİLABADDA

Bu gün Zopun kənd tam orta məktəbinin 65 yaşlı müəllimi Mahmudov Əlizadə Əli oğlu məlumat verərək qeyd edib ki, qısa müddət əvvəl saytımızda “İlk öncə əsgər anası və müəllimə Cəlilabad təhsil ocağında təqib edilir... Elminaz Nadirovanın rüşvət burulğanı / VİDEO” sərlövhəli yazıda göstərilən jurnalda qeyd edilmiş faktları təsdiqləyib. Beləki, 01.03.2018-ci il tarixində dərc edilmiş məqaləmizdə Cəlilabad rayon təhsil şöbəsinin müdirəsi Elminaz Nadirovanın direktorlar vasitəsi ilə qanunsuz əməllərin həyata keçirilməsidən xəbər vermişdik. Xəbərin geniş vüsət alması ilə yanaşı araşdırmalarımızıda davam etdirirdik. Aparılan araşdırmalardanda məlum olub ki, Zopun kənd tam orta məktəbdə qanunsuzluğun tuğyan etməsindən məhs Elminaz Nadirovanın xəbərsiz olmadığı müəyyən edilib. Redaksiyamıza danışan 65 yaşlı tarix müəllimi kollektiv şəkildə E.Nadirovaya tərəfimizdən 12 şikayət məktub yazıldığını qeyd edib. Həmçinin bildirib ki, 15.09.2017-ci il tarixində Zopun kənd tam orta məktəbinə qəbul edilərək adının jurnalara yazılması əmrinin Mais Məmmədov tərəfindən verilib. Ə.Mahmudov təhsil davamiyyəti olmayan məktəbin şagirdləri siyahısında adı keçən Hüseynova Hülya Etibar qızı (Bakıda yaşayır) və Quliyeva Aysel Nadir qızı (Mais Məmmədovun yaxın qohumudur, aprel 2018-ci ildə ailə həyatı quraraq təhsili yarımçıq saxlayıb.) qiymət yazılmasına görə Məktəbin direktoru Mais Məmmədov tərəfindən təzyiqlərə məruz qaldığın iddia edib. Bu azmış kimi bütün kənd əhalisinidə uşaqlara qiymət yazmadığına görə, onun günahkar kimi qələmə verilməsini təmin etdiyini bildirən tarix müəllimi 65 yaşında qanunsuz əməl sahibi kimi tanınmaq istəmədiyində vurğulayıb. O, qeyd edir ki, bu yaşıma qədər heç bir qanunsuz işlərin iştirakçısına çevrilməmişəm çevrilməyəcəmdə. Zopun kənd tam orta məktəbinin direktorunun qanunsuz əməlləri ilə bağlı dəfələrlə qanunsuz müəllim işlətməsi imtahandan keçə bilməyən şəxsləri kollektivdə yüksəltmə cəhdlərindən tutmuş bu gün baş verən qanunsuz məsələlərlə bağlı Cəlilabad rayon Təhsil şöbəsinin müdirəsi Elminaz Qədirovaya 12 məktub ünvanladığında qeyd edir. Məsələ ilə bağlı məktəbin direktoru Mais Məmmədovla əlaqə (0518332939) saxlamağa cəhd etsəkdə nə fayda. Daha sonra Cəlilabad RTŞ ilə əlaqə cəhdimizdə uğursuz alındı səbəbi isə şox sadə idi. RTŞ aid olan (0252455205) nömrəsi borcun ödənilməməsi səbəbindən bağlı olduğu operator tərəfindən qeyd edildi.

Bakunews.az
Direktor müəllimi üzünü görmədiyi şagirdə qiymət yazmağa məcbur edir – CƏLİLABADDA
Direktor müəllimi üzünü görmədiyi şagirdə qiymət yazmağa məcbur edir – CƏLİLABADDA

Şərhlər

XƏBƏR LENTİ