SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkirin icra başçısı yola salınır - Proses davam edir...

Şəmkirin icra başçısı yola salınır - Proses davam edir...

Tarix:

1-06-2018, 17:43

/ 2 425 dəfə oxundu.
Şəmkirin icra başçısı yola salınır - Proses davam edir...

Sabiq vergilər naziri Fazil Məmmədovun dəstəyi ilə vəzifəyə təyin olunan daha bir şəxs postundan məhrum ediləcək.

Gununsesi.info-ya bu barədə məlumatlı mənbələrdən xəbər daxil olub. Xəbərdə bildirilir ki, bu, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur. Qeyd edək ki, sabiq nazirə yaxın olan Alimpaşa Məmmədov bu təyinatına qədər Vergilər Nazirliyində çalışıb. İcra başçısı kimi fəaliyyətində isə qalmaqallar və əhalinin narazılılığı ilə yadda qalıb. Qeyd edək ki, Fazil Məmmədovun yaxın qohumu olan Xaləddin İsgəndərov da Binəqədi rayonunun rəhbərliyindən uzaqlaşdırılıb.

Şərhlər

XƏBƏR LENTİ