SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » TOVUZ TƏHSİLİ RÜŞVƏT BURULĞANINDA - NAZİRƏ DOSYE + VİDEO

TOVUZ TƏHSİLİ RÜŞVƏT BURULĞANINDA - NAZİRƏ DOSYE + VİDEO

Tarix:

26-05-2018, 09:43

/ 2 407 dəfə oxundu.
TOVUZ TƏHSİLİ RÜŞVƏT BURULĞANINDA - NAZİRƏ DOSYE + VİDEO

Müasir Müsavat Partiyasının sədri, son prezident seçkilərində namizəd olmuş Hafiz Hacıyevin KİV-ə verdiyi müsahibələrin birində Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə Hacıyeva haqqında söylədiyi qalmaqallı açıqlama hələ də internet resurslarında (youtobe kanalında) durur. Hacıyevin sözlərini məzmununu saxlamaq şərtilə kiçik reaktə ilə təqdim edirik: «Müəllimlər şikayətlənirlər, qadın şöbə müdiri hər ay onların maaşından 30-50 manat kəsir ki, bəs hansısa fonda köçürürəm. İcra başçısından soruşursan, deyir məni başqa yerdən qoymurlar. Demək, bu qadın gedib Bakıda kiminsə qucağında oturubsa, başçının ona gücü çatmamalıdır. Məktəbləri bardağa çevirib…» Yaxın keçmişə nəzər salıb xatırladaq ki, Tovuz rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Validə Hüseynova 2010-cu il IV çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədiyini versə də, müvəffəqiyyətsizliyə düçar olmuş, digər namizəd Qənirə Paşayevaya uduzmuşdu. Tovuz ictimaiyyəti yaxşı blir ki, o vaxtdan yana Validə xanım məhrəm məclislərdə sinəsinə döyərək namizəd olduğu dairə üzrə seçkinin nəticələrinin saxtalaşdırıldığını, məhz özünün de-fakto qalib gəldiyini söyləməyi sevir. Qohumbazlığı da öz yerində. Hələ keçən il təcrübəli pedaqoq-psixoloq Asif Axundov KİV-ə şikayətlənmişdi ki, şöbə müdiri əqrəbasını rayon təhsilində strateji mövqelərə yerləşdirib. Validə Hüseynova da onun ittihamlarına cavab olaraq qohumlarının, o cümlədən bacısının müdafiəsinə qalxmışdı. Onların arasında çəkişmə bir sürə davam etdi. Asif Axundov bildirmişdi ki, bir neçə məktəbdə psixoloq işləyən müəllimlərin adı var, özləri yoxdur. Həmin adamların maaş kartı Təhsil Şöbəsinin müdirinin bacısındadır. Qeyd edək ki, Axundovu əllilliyini əsas gətirərək işdən kənarlaşdırıblar. Ancaq onun dediklərinə görə, fiziki imkananları işləməyə imkan verməyənlər Təhsil Şöbəsinin rəhbərinin yaxınıdırsa, onlara hər məsələdə yaşıl işıqdır. Bir ara V.Hüseynovaya ünvanlı daha bir korrupsiya ittihamı ortaya çıxdı ki, bəs o, övladı olmayan kişi müəllimləri də məzuniyyətə göndərir. Əlbəttə, bütün bunlar və sadalamadığımız digər korrupsiya hüquqpozmalarına görə V.Hüseynova hələ ki yaxasını məsuliyyətə cəlb olunmaqdan kənarda saxlaya bilib. Yəqin ki, H.Hacıyev dediyi səbəbdən…

DERYAZ.AZ

Şərhlər

XƏBƏR LENTİ