SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdədə pul atdı, Berlindən oturum istəyir... - Fırıldaqçı usta özünü siyasi mühacir kimi təqdim edir

Bərdədə pul atdı, Berlindən oturum istəyir... - Fırıldaqçı usta özünü siyasi mühacir kimi təqdim edir

Tarix:

26-05-2018, 09:37

/ 2 130 dəfə oxundu.
Bərdədə pul atdı, Berlindən oturum istəyir... - Fırıldaqçı usta özünü siyasi mühacir kimi təqdim edir

Bərdə rayonunun Qaradağlı kənd sakini Məmmədov Vidadi Bəhram oglu qəribə vəziyyətlə üzləşib. Belə ki, ustalıqla məşğul olan Qədimzadə Tural Qələndər oğlu adlı şəxs evinin banını təmir etmək üçün ondan 1800 manat alıb. Lakin qısa müddət sonra ölkədən qaçıb.
Təmir materialları almaq üçün pulu ev sahibindən alan usta yoxa çıxıb. Ev sahibi onu nə qədər axtarsa da, tapa bilməyib. Məcbur qalıb polisə müraciət edən ev sahibinə məlum olub ki, şəxs artıq ölkədə deyil və mühacirətə gedib. Bərdə Rayon Polis İdarəsində Məmmədov Vidadinin şikayətinə rəsmi olaraq bildirilib ki, mülki xarakterli olduğundan idarənin dəftərxanasında qeydə alınıb. Şikayətçiyə məhkəməyə müraciət hüququ olduğu xatırladılıb. Amma ev sahibinin araşdırması gəstərib ki, şəxs artıq Azərbaycanda deyil.
Ev sahibini aldadan usta qısa müddət sonra sosial şəbəkədə peyda olub. Məlum olub ki, o, artıq mühacir statusu almaq üçün Almaniyaya gedib. Sosial şəbəkələrdə paylaşdığı videolarda özünü müxalifətçi kimi təqdim edərək oturum almağa cəhd göstərir.
Məlumata görə, Qədimzadə Tural Qələndər oğlu 23 mart 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ildə aprelin 2-də ailəsi ilə Bərdə rayonunun Qaradağlı kəndinə getməli olub. Məcburi köckün kimi həmin rayonda məskunlaşıb. Orta məktəbi də Qaradaglı kəndində başa vurub. Daha sonra hərbi xidmətə getməyərək hərbi xidməkdən yayınıb. Özünə və qardaşına hərbi xidmətə yararasız olmasıyla bağlı saxta sənədlər düzəltdirib.
İddialara görə, rüşvət müqabilində xidmətə yararsız olması haqqında saxta həkim rəyi əldə edib. Həmin sənədləri hərbi komissarlığa təqdim etməklə hərbi xidmətə yararsız olması haqqında sənəd alıb. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə cinayət məsuliyyəti yaradan əməl hesab edilir. Həmin sənədlər hüquqi nəticəyə səbəb olanda cəza daha da ağırlaşır. Ev sahibini aldadan usta həmin sənədlər əsasında müvəqqəti hərbi bilet alaraq Azərbaycanı tərk edib. 2016-cı ilin noyabrından ölkədən getməsinə baxmayaraq, hələ də məcburi köçkün kimi qeydiyyatda qalıb və dövlət büdcəsindən bu kateqoriya üçün nəzərdə tutulan ödənişləri tam olaraq alır. Hər ay ona kommunal xərclər üçün 35 manat ödənilir. Ümumiyyətlə, məcburi köçkünlər üçün nəzərdə tutulan güzəştlər və yardımlardan istifadə edir.

Cebhe.info
Bərdədə pul atdı, Berlindən oturum istəyir... - Fırıldaqçı usta özünü siyasi mühacir kimi təqdim edir
Bərdədə pul atdı, Berlindən oturum istəyir... - Fırıldaqçı usta özünü siyasi mühacir kimi təqdim edir

Şərhlər

XƏBƏR LENTİ