SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qusar sakini icra başçısından narazıdır-ŞİKAYƏT

Qusar sakini icra başçısından narazıdır-ŞİKAYƏT

Tarix:

27-02-2017, 00:42

/ 2 874 dəfə oxundu.
Qusar sakini icra başçısından narazıdır-ŞİKAYƏT

Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən
Ə R İ Z Ə


1992-1993-cü illərdə Qusar rayonun Aşağı Tahircal kəndi ərazisində əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim 5 otaqlı yaşayış evim, 2 otaqlı hamam binası, 2 otaqlı yardımçı bina 02.06.2010-cu il tarixdə məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, heç bir əsas-səbəb olmadan, hətta söküntü vaxtı iştirakım təmin olunmadan, mülkiyyətimdəki 0, 46 ha torpaq sahəmi zorla əlimdən almaq niyyətilə, ( tamah məqsədilə) Qusar RİHB-sı Şair Alxasovun şifahi tapşırığı əsasında, Qusar RİH-in vəzifəli şəxsləri Şahid Fərəməzov, Elşad Əlimuradov. Nadirşah Məmmədov, Mahir Mustafayevin rəhbərliyi ilə, Qusar-Həzrə magistral yolun tikintisinə ezam olunmuş, Tale A.T. tikinti şirkətinə məxsus, Abşeron rayonu ,Novxanı kənd sakini Hümbətov Polad Səfər oğlu tərəfindən idarə edilən ekskavatordan qanunsuz istifadə edilməklə, tikinti şirkəti tərəfindən verilən naryad-tapşırıq olmadan sökülməklə, bütün əmlakım qəsdən məhv edilərək, evimdə, seyfdə saxladığım 30000 manat, 8000 ABŞ dollar pulum oğurlanmaqla, Azərbaycan Respublikası CM-nin 157, 177.3.2, 186.2.1, 308.1 və 309.1-ci maddələrdə nəzərdə tutulan cinayət tərkibli hərəkət edilmişdir.
Qusar RİHB-sı Şair Alxasovdan kompensasiya tələb etdikdə isə, o, öz nüfuzundan istifadə edərək, Qusar rayon prokuroru Zahid Vəliyev cənablarına qanunsuz tapşırıq verməklə, məni əsasız olaraq Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə təqsirləndirərək, başqa yerə getməmək barədə qətimkan cəzası tətbiq etməklə, ittiham elan edərək, cinayət işi yekunlaşdıraraq, cinayət materiallarını Qusar rayon məhkəməsinə göndərmişdir.3il ərzidə Qusar rayon məhkəməsində yüzlərlə məhkəmə baxışı keçirildikdən sonra, Qusar rayon məhkəməsi
nin 11 iyul 2013-cü il tarixli hökmü ilə, cinayət hadisəsi olmaması əsası ilə mənə bəraət verilmişdir.
Həmin hökm yuxarı instansiya məhkəmələrin məlum qərarları ilə öz qüvvəsində saxlanılmaqla, təhqiqat, ibtidai istintaq, prokurorluq, məhkəmə organlarının qanunsuz hərəkətlərinə görə mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə, Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənə 1700 manat vəsait təzminat şəklində ödənilmişdir.
Rəsmi şikayətlərim əsasında 7 il ərzində Sizin prosessual rəhbərliyinizlə Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçıları Rafael Tağıyev, Vidadi Osmanov, Xəqani Dadaşov, Kənan Nəcəfov qeyri obyektiv təhqiqat aparmaqla, bütün hallarda cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslərin cinayət hərəkətlərini bilərəkdən müdafiə edərək, haqlı, əsaslı iddia tələblərimi təmin etmədən, vəsatətlərimə heç bir əhəmiyyət vermədən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edərək, qanunvericilik tələblərini bilərəkdən pozmaqla, vəzifə səlahiyyətlərindən sui istifadə edərək, özləri də cinayət tərkibli hərəkətə yol vermişdir.
7 il ərzində təhqiqatçılar tərəfindən qəbul edilmiş bütün qərarlar Qusar rayon məhkəməsinin və Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məlum qərarları ilə ləğv edilərək, sonuncu dəfə 17.02.2017-ci il tarixdə materiallar təkrarən təhqiqata prossesual rəhbərlik edən Qusar rayon prokurorluğuna qaytarılmışdır.
Bütün hallarda Qusar rayon prokurorluğu , Qusar RPŞ-nin təhqiqatçıları bütün əmlakımı qəsdən məhv etmiş, külli miqdarda pulumu öz aralarında bölüşdürmüş vəzifəli şəxslərin cinayət tərkibli hərəkətlərini bilərəkdən müdafiə etməklə, Qanunla qorunan Konstitusiya hüquqlarımı qorumamışdır.
21.02.2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda idarə rəisin müavini Nurəli Məmmədov, İlqar Hüseynov cənablarının iştirakı ilə məni qəbul edərək, vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən verilmiş şikayəti qanunauyğun olaraq Qusar rayon prokurorluğu öz icraatına götürməli olduğunu qeyd etməklə, aidiyyatı üzrə Qusar rayon prokurorluğuna göstəriş verəcəyini bildirərək, Qusar prokurorluğuna müraciət etməyi tövsiyə etmişdir.
Yuxarıda qeyd etdiklərim nəzərə alınmaqla, Azərbaycan Respublikası CPM-nin 8, 37.5.2, 207, 209, 210-cu maddələrin tələblərinə uyğun olaraq, cinayət iş Qusar rayon prokurorluğu tərəfindən öz icraatına götürülməklə, yaşayış evimi məhkəmənin qərarı olmadan, qəsdən sökməklə cinayət tərkibli hərəkət etmiş, 30000 manat, 8000 ABŞ dollar pulumu mənimsəmiş vəzifəli şəxslər müəyyən edilməklə,həmin vəzifəli şəxslər barəsində cinayət işi başlamaqla, cinayət məsuliyyətinə cəlb edilməsini Qusar rayon prokurorluğundan xahiş edirəm.

Qeyd: Ərizənin surəti məlumat üçün Azərbaycan Respublikasının prezdenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənablarına və Azərbaycan Respublikasının D.İ.N-i Ramil Usubov cənablarına göndərilir.


Qusar şəhər sakini, 2-ci grup əlil: Ağamirzəyev Hacğmirzə Ağamirzə oğlu

Tarix: 26.02.2017-ci il.

Əlaqə mob: 070 7101821

Xalqeber.Az

Şərhlər

XƏBƏR LENTİ