SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində anarxiya-Xaləddin Ələkbərov kimə güvənir?

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində anarxiya-Xaləddin Ələkbərov kimə güvənir?

Tarix:

27-02-2017, 00:17

/ 9 482 dəfə oxundu.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində anarxiya-Xaləddin Ələkbərov kimə güvənir?

Xaləddin Ələkbərov tələbələri soymaqla məşğuldur


Respublikamızda Təhsil Nazirliyi tərəfindən kolleclərin inkişafına və bu tip təhsil müəssisələrinin cəmiyyətdə oturuşmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə effektiv tədbirlər planı hazırlanaraq, tətbiq edilir. Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi kollec rəhbərləri vəzifə səlahiyyətlərindən sui istifadə edərək, dövlət təhsil müəssisələrindən yalnız şəxsi mənfəətləri istiqamətində faydalanırlar. Belə şəxslərə nazirliyin planları və proqramları qətiyyən təsir etmir. Redaksiyamıza məhz belə direktorlar barəsində mütəmadi olaraq şikayət xarakterli müraciətlər daxil olur.
Mətbuat səhifələrində kolleclərdə baş alıb gedən özbaşınalıqlarla bağlı dəfələrlə tənqidi materialların dərc olunması belə təhsil sektorundakı acınacaqlı vəziyyəti düzəltməyib.

Araşdırma qrupu xəbər verir ki, bu yaxınlarda bir çox saytlarda Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun rəhbərlik etdiyi dövlət təhsil müəssisəsini rüşvətxorluq və korrupsiya yuvasına çevirməsindən bəhs edilən məqalələr dərc olunur.

Tərəfdar.az Bərdə İdarəetmə və Texnologiya Kolleci və direktoru haqıına media üzərində araşdırma apardı. Araşdırmamızın nəticəsində məlum oldu ki, adıçəkilən kollec haqda ictimaiyyət arasında çox mənfi düşüncələr mövcuddur. Elə direktor Xaləddin Ələkbərov haqqında da eyni sözləri deyə bilərik.

Məlumata görə, şikayətçilər iddia edirlər ki, Xaləddin müəllim tələbələrdən hər semestrin sonunda imtahan və məqbulları "həll etmək” üçün rüşvət yığdırır. Pul verməyən tələbələri qəsdən sıxışdırır və sonucda "tərləməyə” məcbur edirlər. Bundan əlavə, direktor bəzi tələbələrlə korrupsiya sövlələşməsinə girərək, onları ümumiyyətlə dərslərdən və imtahanlardan yayındırır. Deyilənə görə, kollecin bir neçə tələbəsi tikintidə fəhlə işləyirlər. Xaləddin müəllim isə səliqə-səhmanla geyinərək, əsl kabalyerolara layiq həyat tərzi sürür və hamballıq edərək pul qazanan tələbələrin qəpik-quruşuna limonad alıb içir. Mənbələr Ələkbərovun "ölü canlar”ından da bəhs edirlər. Verilən məlumatlara görə, kollecin ştat cədvəlində elə şəxslərin adları var ki, heç ümumiyyətlə bu təhsil müəssisəsinin yolunu belə tanımırlar. Xaləddin müəllim onların maaşlarını rahatlıqla mənimsəyir
Mediada yazılanlar üzərindən apardığımız araşdırma nəticəsində məlum olur ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci haqda təəsüflər olsun ki, müsbət məluamtlara rast gəlmədik.

Məqalənin sonunda Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrinə müraciət edirik və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparılmasını və baş alıb gedən qanunsuzluq hallarının müəyyən edilərək, aradan qaldırılmasını, eləcə də direktorun qanunla müəyyən olunmuş formada cəzalandırılmasını xahiş edirik.

Şərhlər

XƏBƏR LENTİ