SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ƏBÜLFƏS QARAYEV MÜHƏNDİSİ REGİONAL İDARƏYƏ RƏHBƏR TƏYİN EDİB-ŞOK OLAY

ƏBÜLFƏS QARAYEV MÜHƏNDİSİ REGİONAL İDARƏYƏ RƏHBƏR TƏYİN EDİB-ŞOK OLAY

Tarix:

16-05-2018, 09:18

/ 2 080 dəfə oxundu.
ƏBÜLFƏS QARAYEV MÜHƏNDİSİ REGİONAL İDARƏYƏ RƏHBƏR TƏYİN EDİB-ŞOK OLAY

Söylənilənlərə görə Ramiz Quliyevin düşünüb-daşındığı vəzifə, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olmaqdır

Bir neçə il bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən islahat proqramlarının həyata keçirilməsi və atılan addımarın nəticəsi olaraq, ayrı-ayrı şəhər və rayonları əhatə edən regional idarələrin yaradılması olduqca uğuru addımlar oldu. Əslində bu cür addımların atılması, idarəetmənin təkmil formada həyata keçirilməsinə imkan verdi. Məsələnin diqqəti cəlb edən və düşündürücü tərəfi isə, regional idarələrə kadr təyinatı zamanı özünü göstərməyə başladı. Onu da bildirək ki, həyata keçirilən islahatlar nəticəsində Ağstafa, Qazax və Tovuz rayonlarının mədəniyyət və turizm şöbələrinin bazasında Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi yaradıldı. 5 yanvar 2017-ci il tarixdə adı çəkilən bu regional idarəyə Quliyev Ramiz Məmmədhəsən oğlu rəis təyin olunur. Hansı ki, bu şəxs vaxtilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (əvvəlki adı Azərbaycan İnşaat Mühəndisləri İnstitutu) sənaye və mülki tikinti ixtisası üzrə ali təhsil almış və son vəzifə təyinatına qədər isə, Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin qorunması, tədqiqi və monitorinqi mərkəzinin direktor müavini vəzifəsini daşımışdır.

Mühəndis ixtisasına sahib olan bir şəxsin Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyin olunması, bu gün də hər kəsi şoka salan, düşünməyə vadar edən mövzulardandır. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, kadr təyinatı zamanı Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və turizm şöbələrində illər uzunu çalışan və kifayət qədər iş təcrübəsi əldə edən şəxslərdən heç biri regional idarəyə rəis təyin olunmur. Bu cür addımın atılması da, böyük şübhələrin əmələ gəlməsinə səbəb olur.

Hazırda regional idarəyə rəhbərlik edən Ramiz Quliyevin və ona sürücü işləyən şəxsin, Ağstafa rayonu ərazisində kirayədə yaşadıqları bildirilir. Buna da səbəb, hər iki şəxsin əvvəllər Bakı şəhərində yaşamaları və işləmələri olur. O halda sual oluna bilər ki, daşıdıqları vəzifələrinə görə ştat cədvəli üzrə o qədər də yüksək məbləğdə əmək haqqı almayan hər iki şəxs, görəsən kirayə pullarını, yaşayışlarının təminatını və digər xərclərini necə ödəyə bilirlər? Adı çəkilən qurumda yaşanan olaylar haqda ilginc məlumatları redaksiyamıza çatdıran bəzi şəxslərin iddialarına görə, Ramiz Quliyev regional idarəyə rəis təyin olunduqdan sonra, o, hər üç rayonun ərazisində fəaliyyət göstərən turizm və istirahət mərkəzlərinin, mədəniyyət müəssisələrinin və mərkəzlərinin, həmçinin klubların rəhbərlərini və s. müəyyən etmiş olduğu məbləğdə “tasa otuzdurur”. Büdcədən ayrılan əməkhaqları və digər xərclər hesabına, hətta hər üç rayonun mədəniyyət və turizm müəssisələrin rəhbərlərindən aylıq “haqq-hesab” alır və adı çəkilən qurumlarda ştat cədvəli üzrə vəzifə daşıyan “ölü canlar”a da göz yumur. Çatdırılan məlumatlara görə, Ramiz Quliyev artıq bir il beş aydır ki, güya müxtəlif mədəniyyət tədbirləri keçirilir adı altında saxta sənədlər tərtib edir və belə bir yollarla da, hər ay büdcəni talamaqla məşğul olur. İddialara görə ötən bir il beş ay ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, Ağstafa regional idarəyə ayrılmış büdcə vəsaitlərinin heç 20 faizi belə təyinatı üzrə xərclənməyib. Adı çəkilən şəxsin rəhbərlik etdiyi sahəyə, sanki “dədə malı” kimi baxdığı da vurğulanır. Hətta o da qeyd olunur ki, bu şəxs daşıdığı vəzifəsinin icraasına başladıqdan az sonra, bütün qohum əqrəbasının, tanışlarının adlarına ştatlar açdırdı və onların adlarına yazılan əmək haqlarını da, hazırda onun özü mənimsəməkdə davam edir. Belə bir yolla o, hər ay dövlət büdcəsinə külli miqdarda ziyan vurur. Bu gün Ağstafa Regional Mədəniyyət və Turzim İdarəsində elə bir “mürəkkəb və dolaşıq ab-hava” hökm sürməkdədir ki, Ramiz Quliyevin ən yaxın çevrəsi belə ondan narazılıq etməyə başlayıblar. Buna da əsas səbəb, idarə rəisinin əldə olunan gəlirləri təkbaşına mənimsəməsi olur.

Artıq müəyyən çevrədə belə bir informasiya da gəzib dolaşmaqdadır ki, ötən bir il beş ay ərzində Ramiz Quliyev o qədər gəlir əldə edib ki, artıq həmin gəlirlər bu şəxsə “güc verir”, onu daha “riskli danışmağa” da sövq edir. Məsələn, verilən məlumatlarda o da qeyd olunur ki, bu şəxs dəvət olunan məclislərdən heç vaxt kənarda qalmır və bütün məclislərdə daha “ranqlı vəzifə”yə gedəcəyini də vurğulayır. Bəlkə də kimlərsə Ramiz müəllimin tabe olduğu Nazirliyə “irəli çəkiləcəyini” düşünür, amma onun özü heç də belə bir düşüncə ilə yaşamır. Söylənilənlərə görə düşünüb-daşındığı vəzifə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olmaqdır. Bir sözlə, adı çəkilən bu şəxs cənab Məhərrəm Quliyevi “qaraladığından”, onun daşıdığı vəzifəsini “ələ keçirmək” istəyində olduğu bildirilir. Belə bir səbəb üzündən də, hər iki şəxsin bir-birilə yola getmədiyi də iddia olunur.

Daha çox müzakirə olunası hallardan biri də, ötən bir il beş ay ərzində Quliyev Ramiz Məmmədhəsən oğlunun fantastik həddə varlanmasıdır. Düzdür çatdırılan məlumatlar əsasında adı çəkilən şəxsin hansı yollarla var-dövlət əldə etməsi müəyyən qədər qeyd olunsa da, regional idarəyə rəhbərlik edən bu şəxsin hər üç rayon ərazisindəki kitabxanaları, əksər mədəniyyət evlərini və s. bağlı saxlatdırması, ona daha çox gəlir gətirməkdədir. Yəqin ki, bu cür idarəçiliyin tətbiqinə, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi rəisinin məsələlərin həllinə “mühəndis prizması”ndan yanaşması səbəb olur.

Ümumiyyətlə, regional idarədə yaşananları təhlil edib belə bir qənaətə də gəlmişik ki, yəqin ki, Ramiz Quliyevin əməllərindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin heç cür xəbəri yoxdur. Çünki biz də məlumatlıyıq ki, cənab Nazir sonuncu kollegiya iclasında açıq-aşkar şəkildə “regional idarə rəisləri ilə bağlı mənə daxil olan bütün məlumatları araşdırıb lazımı təbirlərlər görəcəm” deyir. Ona görə də istər regional idarənin tabeçiliyində olan qurumda çalışanlar, istərsə də adı çəkilən şəxsin çoxsaylı qanunsuzluqları ilə bağlı məlumatl olan hər kəs ümid edir ki, nazir Əbülfəs Qarayev çox yaxın vaxtlarda Ramiz Quliyevin korrupsiya əməlləri ilə bağlı müəyyən addımlarını atıb, ona qarşı lazımı cəzanı da tətbiq edəcək.

Mövzuya qayıdacağıq.

DERYAZ.AZ

Şərhlər

XƏBƏR LENTİ