SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Neftçala DSMF-nin rayon şöbəsinin müdiri qurumda“bazar” açıb

Neftçala DSMF-nin rayon şöbəsinin müdiri qurumda“bazar” açıb

Tarix:

12-05-2018, 13:34

/ 2 404 dəfə oxundu.
Neftçala DSMF-nin rayon şöbəsinin müdiri qurumda“bazar” açıb

DSMF-nin Neftçala rayon şöbəsinin müdiri prezidentin sərəncamından sui- istifadə edərək cibini doldurmaqla məşğuldur
Salmanov Ramil sayəsində Neftçala sakinlərinin xeyli hissəsi “əlillə”, “təqaüdçüyə” çevrilib. Təbii ki, bu elə-belə, yəni havayla-suyla olmayıb, rüşvətlə olub.
Neftçaladan daxil olan məlumata görə, Neftçala DSMF-nin rayon şöbəsinin müdiri Salmanov Ramil qurumda əməlli başlı “bazar” açıb. Bu bazar isə əsasən pensiya bazarından ibarətdir.
Saytımıza daxil olan məlumata görə hazırda Neftçala rayonunda saxta yolla pensiyaya çıxmaq və yaxud pensiya müavinatını artırmaq çox asan bir məsələyə çevrilib. Məhz Salmanov Ramil sayəsində Neftçala sakinlərinin xeyli hissəsi “əlillə”, “təqaüdçüyə” çevrilib. Təbii ki, bu elə-belə, yəni havayla-suyla olmayıb, rüşvətlə olub.
Saytımıza daxil olan məlumatda vurğulanır ki, prezident İlham Əliyevin ölkə vətəndaşlarının əməkhaqqlarının qaldırılması üçün verdiyi sərəncam Salmanov Ramilin işinə yarıyıb. Belə ki, idarə müdiri ki, büdcə təşkilatlarının işçilərindən rüşvət alaraq onların əmək haqqlarını qaldırmaqla yaxşıq azanc əldə edir.
Neftçala sakinləri iddia edirlər ki,Salmanov Ramil hər bir işçidən minumum 200 manat rüşvət alıb. Həyata keçirtdiyi saxta işlər sayəsində Salmanov Ramil xeyli-sayda mal-mülk əldə etdiyi deyilir.

Araşdırmamız davam edir və mövzunu davam etdirəcəyik…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

haqqınaz.org

Şərhlər

XƏBƏR LENTİ