SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Salyan fermerləri Prezidentdən kömək istəyir: "Torpaqları əlimizdən alırlar"

Salyan fermerləri Prezidentdən kömək istəyir: "Torpaqları əlimizdən alırlar"

Tarix:

7-05-2018, 12:22

/ 1 950 dəfə oxundu.
Salyan fermerləri Prezidentdən kömək istəyir: "Torpaqları əlimizdən alırlar"

Salyan rayonu, Qızılağac kəndindən olan fermerlər Prezident İlham Əliyevə, Baş nazir Novruz Məmmədova və kənd təsərüfatı naziri İnam Kərimova müraciət edib. Buna səbəb uzun illərdir onların istifadəsində olan torpaqlarının əllərindən alınaraq "Aztəsərrüfat" MMC-yə (Aqropark) verilməsi olub.
MilliYol.Az-ın redaksiyasına da göndərilən şikayət ərizəsində bildirilir ki, Prezidentin fərmanı ilə yaradılan "Aztəsərrüfat" MMC üçün ayrılan 3000 hektar torpaq sahəsinin bir hissəsinin Qızılağac kəndindən veriləsi dövlət başçısının əvvəlki fərmanına ziddir. Onlar bu torpaq sahələrində uzun illər əkinçiliklə məşğul olub, kolletor-drenaj sistemini öz hesablarına formalaşdırıblar. "Aztəsərrüfat" MMC-nin yaradılmasının mənsədi isə şoranlaşmış torpaqları münbit vəziyyətə gətirməkdir. Amma MMC-yə ayrılan torpaqlar əkinə tam yararlıdır və uzun illərdir bu fermerlər tərəfindən əkilib becərilir:
"Cənab Prezident, bu şikayət ərizəsini yazmağımıza səbəb üzləşdiyimiz süni və məcburi yaradılmış torpaq problemidir. Belə ki, verdiyimiz sərəncama əsasən yaradılan "Aztəsərrüfat" Mədud Məsuliyyətli Cəmiyyətinə (MMC) - Aqroparka ayrılan 3000 hektar torpaq sahəsinin məhz bizim icra nümayəndəliyinin ərazisindən verilməsi sizin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanınıza uyğunsuzluq təşkil edir. Ziddiyyətli məqam budur ki, bizim ərazinin ümumi torpaq sahəsinin - 2850 hektarının 500 hektarı ərazi nümayəndəliyi vətəndaşlarının əziyyəti, zəhməti və haqqı hesabına uzun illər bundan əvvəl kollektor-drenaj hissələrinə bölünüb, şirin su kanalları çəkilib və illərdir əkin sahəsi kimi istifadə olunur. Baxmayaraq ki, həmin sahələr bizə örüş və otlaq formasında verilib. Biz həmin sahələrdə heyvandarlığı inkişaf etdirməklə yanaşı, uzun illərdir pambıq, taxıl, yonca bitkiləri əkirik.
Aqropark üçün əvvəlcədən ayrılmış torpaq sahələrinin yerinin dəyişdirilərək fərmanda göstərilən istiqamətlərdən yayındırılması, uzun illər bizim, hətta ata-babalarımızın əkib-becərdiyi tam əkin dövriyyəsində olan sahələrə doğru çəkilməsi bizlərdə çox böyük çaşqınlıq və anlaşılmazlıq yaradıb. Örüş-otlaq sahələrimizin alınaraq Aqroparka veriləsi biz fermerlər tərəfindən anlayışla qarşılandı. Amma "Aqoropark"ın sonradan "nədənsə" ona təyin olunan torpaqları qoyub, biz fermerlərin uzun illər bütün kollektor-drenaj, suvarma kanallarına malik, böyük əziyyət və zəhmətimiz hesabına tam melorativ cəhətdən əkin dövriyyəsinə qoşduğumuz, pambıq, taxıl və ot bitkiləri əkdiyimiz sahələrə doğru iştahlanması bizi Siz şikayət ərizəsi yazmaq məcburiyyətində qoyub.
Bizlər əkin sahələrimizi 1996-cı ildən respublikamızdakı 5 pilot təəssərüfatdan biri olaraq götürdüyümüz kreditlər hesabına böyük əzab-əziyyətlə, eyni zamanda həvəslə qurmuş və ölkəmizdə kənd təəssərüfatı məhsulları istehsalına öz töhfəmizi veririk. İndi bu sahələrimizin İcra Hakimiyyəti və Aqropark hansısa formada razılığa gələrək zəbt etməsi, sizin fərmanınıza ziddir. Prezidentini sevən, fəaliyyəti təqdir edən və dəstəkləyən vətəndaşlar olaraq xahiş edirik ki, nöqsanların aradan qaldırılması və hüquqlarımızın qorunması üçün öz tapşırıqlarınızı verəsiniz.
İcra nümayəndəlimizə məxsus 2850 hektar dövlət fond torpağının örüş, otlaq, biçənək hissələrinin Aqroparka verilməsi sizin fərmanınıza uyğundur. Amma burda illərlə əkin sahəsi olaraq istifadə edilmiş 500 hektar əkilən, suvarılan, kollektor-drenaj suvarma kanalları olan sahələrinin Aqroparka verilməsi fərmanınıza ziddir. Qeyd edək ki, 300 hektar torpaq sahəsində pambıq əkini başlayıb. Amma əkin aparmağımıza imzan vermirlər.
Biz fermerlər qış otlaq-biçənək sahələrindən heyvanlarımızı bu sahələrdə saxlamaq və əkin-biçin aparmaq üçün çıxmışdıq. Amma indi hansısa yollarla siizin imzaladığınız fərmana zidd olaraq bizi öz sahələrimizdən çıxarırlar.
Biz prezidentimizi sevən və güvənən vətəndaşlar olaraq, ölkəmizdə haqq ədalətə və demoktariyaya inanırıq. Ümid edirik ki, tezliklə müdaxilə edərək, fond torpaqlarından bizə verilmiş 500 hektar sahənin əlimizdən alınmasının qarşısını alacaqsınız.
Şikayət ərizəsini öz imzası ilə təsdiq edən torpaq istifadəçilərindən bir qrupu: İsmayılov Eynulla, Gözəlov Həsənağa, Əsədov Maşallah, Əliyeva Balaxanım, Gülüşov Vüqar, Cəfərov Afət, Rəhmanov Sabir, Hümbətov Elvin".
Qızılağac sakinləri bildirib ki, bu torpaqlarda 10-dan artıq fermer təsərüfatı faliyyət göstərir. Hər bir təsərüfatda il ərzində 30-35 nəfər işləyir. Bu isə çox sayda insanın iş yeri ilə təmin edilməsi deməkdir. Amma görünür bu iş yerlərinin bağlanması heç kimi narahat etmir. Kənd sakinləri ölkə rəhbərliyinin müdaxilə edərək, bu qanunsuzluğun qarşısını alacaqlarına inanırlar.

MilliYol.Az

Şərhlər

XƏBƏR LENTİ